Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin “Oruç Reis” gəmisi oktyabrın 27-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyənin “Oruç Reis” gəmisi oktyabrın 27-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

Türkiyənin “Oruç Reis” gəmisi oktyabrın 27-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək


Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti oktyabrın 27-dək uzadılıb.

Bununla bağlı yeni “Navtex” (dənizçilərə elan) elan edilib.

“Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Geri dön