Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan Uruqvaya nota verdi
Azərbaycan Uruqvaya nota verdi |
Azərbaycan Uruqvay parlamentinin üzvünün bu yaxınlarda dediyi fikirlərlə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.
“Bir-iki deputatın Azərbaycanın işğal altında olan ərazilərinə səfəri heç nəyi dəyişmir. Bura Azərbaycanın tarixi torpaqlarıdır. Lakin bu səfər təxribat xarakteri daşıyır və bölgədə vəziyyəti gərginləşdirir”. Bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. “Bu səfəri təşkil edən dairələr, xüsusilə erməni diasporu danışıqlar prosesinə zərər vurmaqdan başqa heç nə əldə etmirlər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi həssas bir andadır və Ermənistan bu kimi addımlarla bu prosesə zərbə vurur. Rəsmi İrəvan bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrə sahibdir. Təəssüf ki, bunu bilə-bilə məqsədyönlü şəkildə belə addımlar atırlar. Bəzi parlamentarlar erməni diasporunun maliyyəsi hesabına onların əlində alətə çevrilir. Uruqvay dövləti bilməlidir ki, bu kimi addımlar sülh prosesinə zərər yetirir”. Elman Abdullayev əlavə edib ki, Uruqvay nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı məsələ araşdırılır və Azərbaycan tərəfi bu məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə nota vermək niyyətindədir. Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orikonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğal altında olan ərazilərində səfərdədir. Nümayəndə heyəti Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Bundan başqa nümayəndə heyətinin üzvü, Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvü Ruben Martines Uelmo bəyan edib ki, ölkəsi “Dağlıq Qarabağ Respublikası”nı tanıyan ilk dövlət ola bilər. Geri dön |