Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Din və etiqad azadlığı: konfransda deyilənlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Din və etiqad azadlığı: konfransda deyilənlər

Din və etiqad azadlığı: konfransda deyilənlər


Noyabrın 14-də Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda beynəlxalq tərkibli konfrans başlayıb.

konfransda İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşeyin, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digərləri iştirak ediblər.

A.Mustafayeva qeyd edib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və başqa beynəlxaq sənədlərdə təsbit olunmuş dini etiqad azadlığı hüququna Azərbaycanda konstitusiya və digər qanunlarla təminat verib.

Dini təriqətlərdən danışan A.Mustafayeva Azərbaycanda həm xristianların, həm yəhudilərin, həm də müsəlmanların sülh, qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, Azərbaycanda tolerantlıq çox yüksək olsa da, burda müxtəlif təriqətlərin yarada biləcəyi təxribatlar da az deyil. A.Mustafayeva hesab edir ki, bu zərərli hallardan xüsusilə gəncləri qorumaq üçün təbliğat aparılması vacibdir: “Elə təriqətlər var ki, onlar üçün hədəf gənclərdir”.

E.İskəndərov cıxışında daha çox dini dəyərlər və milli kimlik məsələsinə toxunub, cəmiyyətin inkişaf meyarı olan vicdan azadlığının rolundan danışıb. O qeyd edib ki, hər bir cəmiyyətin inkişafında mənəvi dəyələr dayanır: “Bu, Şərqdə də, Qərbdə də belədir. Bu gün etiqad azadlığının təminatı eyni zamanda insanların hüquq və azadlıqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu amillərin inkişafı milli kimliyin yaranması və inkişafında mühüm amillərdən hesab olunur”.

Dini ədəbiyyat problemindən söz açan E.İskəndərov deyib ki, hələlik bazarı yalnız yerli müəlliflərin ədəbiyyatı ilə doldurmaq mümkün deyil, amma dini sahədə azərbaycanlı mütəxəssislərin əsərlərinin sayının artırılması prosesi gedir.

A.Paşazadə qeyd edib ki, Azərbaycan müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkanlardan biridir: “İnsan öz vətənini tanımasa, özünü tanımaz, adət-ənənələrini tanımaz. Ona görə də bu gün dini azadlıq haqqında bu konfransın keçirilməsi çox mühümdür. Mən buna çox böyük qiymət verirəm”.

Etiqad azadlığı ilə şəxsi azadlıq arasındakı münasibətlərdən danışan şeyxülislam bildirib ki, hər bir dəyər, hüquq kimi vicdan azadlığının da sərhədi var: “Bu yolda müəyyən maneələr, çətinliklər var. 33 ildir ki, şeyxülislamam, amma hələ də vicdan azadlığı sözünün tam mənasını, tam sərhədini özüm üçün müəyyən edə bilməmişəm. Çünki hər bir insanın öz əqidəsi var. Bəzən çox heyfsilənirəm ki, xaricdə oturub fikir söyləyənlərin mövqeyi, xarici dövlət rəhbərlərinin bəzi qərarları digər xalqların dəyərlərinə uyğun gəlmir. Dünyada hər şeyin sərhədi var, insan hüquqlarının, dini azadlığın da sərhədi var”.

Geri dön