Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Cardiovascular Research: havanın çirklənməsi COVID-19-dan ölüm hallarını artıra bilər
Cardiovascular Research: havanın çirklənməsi COVID-19-dan ölüm hallarını artıra bilər |
“Cardiovascular Research”-da (Avropa Beynəlxalq Kardioloqlar Cəmiyyətinin jurnalı) dərc olunmuş beynəlxalq araşdırmaya əsasən, havanın uzun müddət ərzində çirklənməsi bütün dünyada COVID-19-dan ölüm riskini orta hesabla 15 faiz artıra bilər.
Tədqiqatda artıq erkən ölümlərə səbəb olan havanın çirklənməsinin yeni növ koronavirusdan ölüm hallarına təsir dərəcəsi müəyyənləşdirilib. Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutunun professoru Maks Plankın və onun həmkarlarının fikrincə, bu məsələdə Avropanın payı 19 faiz, Şimali Amerikanın 17 faiz, Şərqi Asiyanın isə 27 faiz təşkil edir. Alimlərin hesablamalarına görə, havanın uzun müddət ərzində çirklənməsi COVID-19 səbəbindən baş verən ölüm hallarının Braziliyada 12, Portuqaliyada 11, İspaniyada 9, İtaliyada 15, Çexiya Respublikasında 29, Çində 27, Almaniyada 26, İsveçrədə 22, Belçikada 21, Hollandiyada 19, Fransada 18, Böyük Britaniyada isə 14 faiz artmasına gətirib çıxara bilər. Tədqiqatçılar hesablama aparmaq üçün çirkləndirici kiçik hissəciklərə (PM2,5), torpağın çirklənməsinə və nəzarət şəbəkəsinə dair məlumatları peyk məlumatları ilə birləşdiriblər. Bununla yanaşı, müəlliflər sözügedən yoluxma və yeni növ koronavirus səbəbindən baş verən ölüm halları arasındakı birbaşa səbəb-nəticəni müəyyənləşdirməyiblər. Tədqiqatçıların sözlərinə görə, çirkləndirici hissəciklər hüceyrələrin səthində yerləşən və yeni koronavirusun xəstələrə yoluxma prosesində iştirak edən ACE-2 reseptorunun aktivliyini artırır. Tədqiqatda təmiz və bərpaolunan enerji mənbələrinə - yaşıl iqtisadiyyata keçidin havanın keyfiyyətinə və ətraf mühitə faydalı təsir göstərə biləcəyi xüsusi qeyd edilib. Alimlər əmin olduqlarını bildiriblər ki, yaşıl iqtisadiyyata keçid bütün dünyada iqlim dəyişikliyini məhdudlaşdıraraq yerlərdə insanların sağlamlığına kömək edəcək. Geri dön |