Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Cənubi Koreya Ali Məhkəməsi sabiq prezidentin 17 illik həbs cəzasını qüvvədə saxlayıb
Cənubi Koreya Ali Məhkəməsi sabiq prezidentin 17 illik həbs cəzasını qüvvədə saxlayıb |
Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya əməllərində təqsirli bilinən ölkənin sabiq prezidenti Li Myun-bakın 17 illik azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.
Yonhap agentliyi xəbər verir ki, 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak 2018-ci ilin martında məhkəmənin qərarı ilə 16 maddə üzrə, o cümlədən korrupsiya əməllərində, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin gedişində müəyyən edilib ki, sabiq prezident qardaşının adına olan avtomobil ehtiyat hissələri şirkətinin (DAS) əsl sahibi olub. O, şirkətinin daha çox mənfəət əldə etməsi üçün prezident mövqeyindən sui-istifadə edib. Bundan başqa, keçmiş dövlət başçısının külli miqdarda rüşvət aldığı təsdiqlənib. Həmin ilin oktyabrda məhkəmənin yekun iclasında Li Myun-bakın 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub. Ötən ilin martında sabiq prezident səhhətini və digər səbəbləri əsas göstərərək girov müqabilində sərbəst buraxılmasını xahiş etmişdi. Seul Yüksək Məhkəməsi onun bu istəyini yerinə yetirmişdi. Cari ilin yanvarında prokurorluq 78 yaşlı sabiq prezidentin işinə yenidən baxılması və onun həbs müddətinin 23 ilədək uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdi. Seul Yüksək Məhkəməsinin fevralın 19-da keçirilmiş apellyasiya iclasında sabiq prezidentin DAS şirkəti vasitəsilə 29,3 milyon dollar qazanc əldə etdiyi, habelə 13,7 milyon dollar rüşvət aldığı sübuta yetirilib. Məhkəmə ona verilmiş girov müqabilində sərbəst yaşama icazəsini də ləğv edib. Bundan başqa, sabiq prezidentin 13 milyard von (11 milyon dollar) cərimələnməsi barədə də qərar qəbul olunub. Geri dön |