Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > “Erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi - AÇIQLAMA
“Erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi - AÇIQLAMA |
Qabil Hüseynli: “Münaqişənin həllində pozitiv nəticələrin əldə olunması çətinləşəcək”
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 12-də Fransada bu ölkənin dövlət başçısı Fransua Ollandla görüşdü. Görüş çərçivəsində tərəflər arasında müzakirə olunan “qondarma erməni soyqırımı” haqqında maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Fransa prezidenti erməni həmkarına “soyqırım” məsələsinin yenidən bu ölkənin senatına müzakirəyə çıxarılacağına söz verib. Ollandın sözlərinə görə məsələ ilə bağlı yaxınlarda yeni qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunacaq. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın bu ermənipərəst siyasəti sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə pis təsir göstərəcək. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Fransanın Ermənistanı dəstəklədiyi heç kəsə sirr deyil: “Fransa həmişə-həm “soyqırım” məsələsində, həm də Qarabağ məsələsində yardım göstərib. Çox güman ki, “erməni soyqırımı” məsələsi yaxın zamanlarda Fransa senatının gündəliyinə çıxarılacaq. Və müsbət həllini tapacaq. Çünki, Olland Sarkozidən çox ermənipərəstdir. Məsələnin Fransa parlamenti tərəfindən qəbul edilməsi Azərbaycan və Türkiyəyə ziyan vuracaq. Senat tərəfindən qondarma “soyqırım”ın tanınması Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv nəticələr əldə etməyi çətinləşdirəcək” (OLAYLAR) İA Geri dön |