Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır” |
Fərəc Quliyev: “Dövlətlərimiz bundan sonra da çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən uğurla gələcək”
Bu gün qardaş Türkiyə Cümhuriyyət bayramını – Respublika Gününü qeyd edir. Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, Türkiyənin Azərbaycana dəstəyinin mühüm önəm kəsb etdiyini vurğuladı: “Biz partiya adından mətbuatda təbrik səsləndirdik. Bu təbriki yalnız Türkiyədəki türkləyə deyil, həm də Azərbaycandakı soydaşlarımıza ünvanladıq. Bu, o deməkdir ki, sözügedən bayram hər iki dövlətin bayramıdır. Baş verənlər göstərir ki, biz nəinki bayramlarımızı birgə keçirəcəyik, bütün ciddi addımlarımızı birgə koordinasiya edəcəyik. Xarici siyasətimiz, hərbi siaysətimiz, inkişaf modellərimiz, post-müharibə dönəmindəki duruşumuz Azərbaycan və Türkiyənin birliyinə, həmrəyliyinə bağlıdır. Yüzillərdir ki, Azərbaycan və Türkiyə bir-birlərinə yardım edib. Azərbaycan türkləri Çanaqqalada şəhid olublar. Türkiyə türkləri Azərbaycan torpaqlarında şəhid olublar. Bu gün də Azərbaycan Türkiyə ilə bir yerdədir. Doğrudur, Azərbaycanın apardığı Vətən Müharibəsində türk əsgəri iştirak etmir və buna ehtiyac da yoxdur. Azərbaycan düşmənə qarşı bütün hərbi əməliyyatları təkbaşına aparır. Lakin əgər hər hansı üçüncü bir tərəf məsələyə müdaxilə edərsə, o zaman Türkiyənin müdafiə nazirinin dediyi kimi, türk əsgəri yanımızda olacaq. Azərbaycan prezidenti də F-16-larla bağlı bildirdi ki, əgər hər hansı xarici aqressor prosesə müdaxilə edərsə, o zaman bu F-16-ları qarşısında görəcək. Prezident Ərdoğan da vurğuladı ki, Qarabağ məsələsi Türkiyə üçün qırmızı cizgidir və kimsə bunu pozarsa, o zaman ona heç bir güzəşt edilməyəcək. Bunlar çox ciddi mesajlardır. Dünya dəyişib. Türkiyə sadəcə regionda deyil, dünyada əsas dövlətlərdən birinə çevrilib. Azərbaycan da nəinki 30 ilin, 5 il öncənin Azərbaycanı deyil. Azərbaycan bölgə liderinə çevrilib. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bundan sonra da çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən uğurla gələcək”. Seymur ƏLİYEV Geri dön |