Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda haker həbs olunub
İranda haker həbs olunub |
O, mindən artıq yerli və xarici saytı dağıdıb
İranda mindən artıq xarici saytı dağıdan haker həbs edilib. Bu saytların əksəriyyəti ABŞ və İsrailə məxsus olub. Xorasan əyalətində kibercinayətkarlıqla məşğul olan polis şöbəsinin rəisi, polkovnik Qulamrza Hüseyni bildirib ki, həbs olunan haker «Facebook» istifadəçilərinin hesablarındakı mövcud məlumatlardan istifadə edərək xarici saytları dağıdıb. Hakerin fəaliyyəti nəticəsində zərər görən saytlar arasında İran Dövlət Teleradio Şirkətinin (İRbB) saytı da olub. Sorğu-sual zamanı haker İRİB və digər saytlara hücumları bu yaxınlarda Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən əziyyət çəkənlərə dəstəyini göstərmək üçün etdiyini deyib. Digər dağıdılan saytlar haqqında danışan haker vurğulayıb ki, öz fəaliyyətilə İsrail və ABŞ-ın kibermüdafiəsinin zəif olduğunu nümayiş etdirmək istəyib və saytları maraq doğurduğu üçün dağıdıb. Geri dön |