Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriyada xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Avstriyada xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər

Avstriyada xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər


Avstriyada koronavirus xəstələrinin sayının kəskin artması ilə əlaqədar xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər.

İnfeksiyanın sürətlə yayılması nəticəsində ötən bir həftə ərzində ölkənin xəstəxanalarında COVID-19-la əlaqədar xəstələrin sayı 62 faiz, reanimasiya şöbələrində yatan xəstələrin sayı isə 78 faiz artıb.

Səhiyyə naziri Rudolf Anşoberin təqdim etdiyi yeni məlumatlara əsasən, noyabrın 2-də yoluxma sayı 4135 olub. Hazırda 2161 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 336 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.

Nazirin sözlərinə görə, yoluxma bu sürətlə davam edərsə, reanimasiya şöbələrində vəziyyət kritik həddə çata bilər. Buna görə də hökumət və səhiyyə qurumlarının qarşısında duran əsas vəzifə noyabrın ortalarınadək bu trendin qarşısını almaq və virusun yayılmasını mümkün qədər səngitməkdir.

Geri dön