Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Qarabağın Azərbaycanlı İcması Uruqvaya etirazını bildirdi
Qarabağın Azərbaycanlı İcması Uruqvaya etirazını bildirdi |
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Jorge Orriconun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə etdiyi səfərlə bağlı etiraz bəyanatı yayıb.
İcmadan Davam.az-a verilən məlumata görə, bununla bağlı Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astoriyə müraciət ünvanlanıb. Bəyanatda bildirilir ki, artıq 20 ildir Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan yeddi rayonu işğal edib, bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi tanınır. Eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurum heç bir dövlət tərəfindən tanınmayıb və sizin ölkəni təmsil edən nümayəndə heyətinin bu ərazilərə səfər etməsi qeyri-qanunidir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınır və bu ərazilərlə bağlı atılan hər bir addım Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarbağ bölgəsinin Azərbaycanlı əhalisinin iştirakı olmadan həyata keçirilə bilməz. Çünki, bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqrım siyasəti nəticəsində bu gün öz doğma yurdlarından məcburən köçkün düşüblər", - müraciətdə deyilib. Bəyanatda həmçinin qeyd olunub ki, bu cür addımlar münaqişənin dinc yolla həll olunması istiqamətində aparılan sülh prosesinə zərər gətirməklə yanaşı, regionun gələcək statusuna və bölgənin inkişafına da ciddi xələl gətirə bilər. Geri dön |