Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Iran prezidentinin qudası qeyərətə gəlib!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Iran prezidentinin qudası qeyərətə gəlib!

Iran prezidentinin qudası qeyərətə gəlib!


Prezident Administrasiyasının rəhbəri: “Əhmədinejadın məzlumluğuna ağlayıram”

İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi paytaxt Tehranda yaşayan həmyerliləri – mazandaranlılarla görüşündə qarşıdan gələn prezident seçkisindən danışıb. Prezident seçkisi 2013-cü ilin iyununda keçiriləcək.
Məşayi deyib ki, bütün təzyiqlərə baxmayaraq prezident seçkisində namizədliyini irəli sürəcək: “Heç kəs mənim namizədliyimin qarşısını ala bilməz. Biz hökumətin vaxtından qalan bu 6 ayda ardıcıl hücum mövqeyinə üstünlük vermək qərarına gəlmişik. Heç kəsdən çəkinmirik. Cənablar hakimiyyət daxilində mübhəm, həqiqətə uyğun olmayan, sapdırıcı bir cərəyanın olması ilə bağlı iddialarını sübuta yetirən tutarlı bir fakt və dəlil-sübut ortaya qoya bilməyiblər. Əhmədinejad şəhid olmağa hazır olduğunu bildirir. Biz də şəhid olmağa hazırıq.

Biz 7 ildir ardıcıl çalışır, fəaliyyət göstəririk. Elə buna görə də bu hökuməti asanlıqla Qalibafa (Tehranın indiki meri Məhəmmədbağır Qalibaf – red.) verməyəcəyik. Bizim bu 7 ildə hökumət əleyhinə çıxış edənlərə danışılası sözümüz çoxdur. Əgər Əhmədinejad son vaxtlar valyuta bazarında yaranmış gərginlik haqda 10-ca dəqiqə danışsa, hökumətə olan bir çox baxış tərzləri dəyişəcək. Mən bəzən Əhmədinejadın məzlumluğuna oturub ağlayıram. Təzyiqlər həddən artıq çoxdur. Əgər ölkə prezidentinin dəstəyi olmasaydı, hökmən hər şeyi buraxıb qırağa çəkilərdim”.

Son illərdə İranın dini lideri ayətullah Əli Xamneyinin tərəfdarı olan bəzi ruhanilər və onlara bağlı media İran prezidenti Mahmud Əhmədinejadın qudası olan İsfəndiyar Rəhim Məşayini hakimiyyət daxilində şübhəli və “sapdırıcı bir cərəyan”a rəhbərlikdə günahlandırırlar.

Geri dön