Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Vyanada törədilən terror aktı ilə bağlı rəsmi qurumların yol verdiyi nöqsanlar araşdırılacaq
Vyanada törədilən terror aktı ilə bağlı rəsmi qurumların yol verdiyi nöqsanlar araşdırılacaq |
Noyabrın 2-də Vyanada baş verən terror aktı ilə aparılan cinayət işində ortaya çıxan bir sıra məqamlar rəsmi qurumların ötən dövrdə qeyri-sayıq davrandığını ortaya çıxarıb. Bununla əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasında terror aktı ilə bağlı hadisələr və rəsmi qurumların gördüyü tədbirlərin qiymətləndirilməsi üçün müstəqil araşdırma komissiyasının yaradılması barədə qərar qəbul olu
Federal Daxili İşlər naziri Karl Nehammer noyabrın 4-də keçirilən mətbuat konfransında terror aktından öncə bir sıra nöqsanlara yol verildiyini etiraf edib. Məlum olub ki, İŞİD-ə qoşulmaq istəyən F.K. Suriyaya səfər etmək istəyərkən Türkiyədə xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində həbs edilərək Avstriyaya təhvil verilib. 2019-cu ilin aprel ayında barəsində 22 aylıq həbs cəzası kəsilən terrorçu həbsxanadakı reabilitasiya proqramında müvəffəqiyyətlə iştirak edib və penitensiar xidmətin əməkdaşlarını terrorizmə meyilli olmadığına inandıra bilib. Həm proqramda uğurlu iştirakı, həm də yeniyetmə olduğuna görə ötən ilin dekabr ayında F.K. şərti azadlığa buraxılıb. Bu ilin iyul ayında isə Slovakiyaya səfər edən cinayətkar orada “Kalaşnikov” avtomatı üçün sursat almaq istəyib. Odlu silah üçün müvafiq sənədləri olmadığına görə silah mağazasında ona rədd cavabı verilib. Slovakiya xüsusi xidmət orqanları bu hadisə ilə bağlı avstriyalı həmkarlarını dərhal məlumatlandırıblar. Lakin Avstriyada bu məlumat ciddiyə alınmayıb və məlumat prokurorluq orqanlarına ötürülməyib. Rəsmi qurumlar arasında kommunikasiya boşluğu isə noyabrın 2-də Vyanada terror aktının törədilməsi ilə nəticələnib. Avstriyanın Federal Kansleri Sebastian Kurts isə noyabrın 4-də Avropa İttifaqı ölkələrini terrora qarşı qətiyyətli mübarizəyə çağırıb. Avstriya mətbuatında gedən bir sıra məqalələrdə tərəfdaş ölkələri qətiyyətli fəaliyyətə çağırmaqdansa, hökumətə ev tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək tövsiyə olunub. Geri dön |