Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçrə siyasətçiləri vətəndaşlara silah gəzdirmə hüququnun verilməsini tələb edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > İsveçrə siyasətçiləri vətəndaşlara silah gəzdirmə hüququnun verilməsini tələb edirlər

İsveçrə siyasətçiləri vətəndaşlara silah gəzdirmə hüququnun verilməsini tələb edirlər


Noyabrın 2-də Vyanada baş verən terror aktını törədən cinayətkarın İsveçrə ilə əlaqələri üzə çıxıb və onunla görüşən iki nəfər artıq həbs olunub. Həm bu hadisə, həm də Avropada terror təhlükəsinin artması terror aktlarına qarşı əhalinin necə davranmalı olduğunu da gündəmə gətirib.

Mühafizəkar düşərgəni təmsil edən siyasətçilər belə hallarda “qaç, gizlən və polisə xəbər ver” prinsipi əvəzinə, ölkə vətəndaşlarının silah almasını və gəzdirməsini asanlaşdıran qanunların qəbulunu tələb ediblər. Müstəqil və Neytral İsveçrə naminə Aksiya (AUNS) siyasi birliyinin rəhbər şəxslərindən olan Nikolas Rimoldi və İsveçrə Xalq Partiyasının (SVP) parlament təmsilçilərindən Jan-Luk Addor Federal Polis İdarəsinin (Fedpol) tövsiyələrini yetərli hesab etmirlər. Onlar aydın şərtlər və konkret öhdəliklər əsasında vətəndaşların fərdi qaydada odlu silaha sahib olmasını asanlaşdırmağı tələb edirlər.

Siyasətçilərin fikrincə, psixiki vəziyyətin yoxlanılması üçün test və silahla rəftara dair praktiki yoxlanışdan sonra vətəndaşlara özünümüdafiə üçün silah saxlamaq və gəzdirmək imtiyazı tanınmalıdır. Siyasətçilər ölkədə hansısa terror aktı baş verdikdən sonra hərəkətə keçmək əvəzinə, qabaqlayıcı addım kimi bu istiqamətdə qanunvericilikdə dəyişiklik olunmasını vacib hesab ediblər.

Qeyd edək ki, İsveçrə Avropa ölkələri arasında əhalinin fərdi qaydada ən çox odlu silaha sahib olduğu ölkələr siyahısında öndə gedir. 8,6 milyon əhalisi olan İsveçrədə vətəndaşların mülkiyyətində rəsmi olaraq 2,5 milyon odlu silah mövcuddur.

Geri dön