Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > ADU erməni təxribatlarına qarşı: informasiya qərargahının uğurlu fəaliyyəti
ADU erməni təxribatlarına qarşı: informasiya qərargahının uğurlu fəaliyyəti |
Azərbaycan Dillər Universitetində (ADU) erməni təxribatları və mülki şəxslərə qarşı həyata keçirilən terror əməlləri haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən qərargah yaradılıb.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirilir. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda, tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərirlər. Artıq həmin məktublara cavablar gəlir. Məktub müəllifləri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Mərakeşin İbn Zöhr Universitetinin professoru Adil Əlmədhi məktubunda bildirib ki, 2019-cu ildə Azərbaycana səfər edib və ölkəmizdən gözəl təəssüratla ayrılıb: “Azərbaycanlı qardaşlarım, ötən ilin may ayında gözəl, qonaqpərvər ölkənizə səfərimi hər zaman ən xoş hisslərlə xatırlayıram. Hazırda orada müharibənin gedişindən xəbərdaram. Baş verənləri böyük narahatlıqla izləyirəm. Azərbaycanlı qardaş-bacılarıma haqq işində qələbə arzu edir, vəfat edənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm”. Gürcüstanın Adıgey Dövlət Universitetinin professoru Zuriet Jade də öz dəstək məktubunu universitetə göndərib: “İlk növbədə, beynəlxalq hüququn azərbaycanlı qardaşlarımın yanında olduğunu bildirmək istərdim. Ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqqında qanun həm BMT nizamnaməsində, həm də müxtəlif konvensiyalar tərəfindən təsbit edilib. Dağlıq Qarabağ konflikti postsovet məkanında 30 il davam etməklə ən uzun sürən münaqişədir və münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün tam bərpası zamanı mümkün ola bilər”. Hindistanın Azad Cammu və Kəşmir Universitetinin İngilis dili şöbəsinin dosenti Abdul Qadir Xan isə ADU-ya ünvanladığı məktubda bildirib ki, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan xalqına dəstək verməyə hazırdır. İsrailli jurnalist Yaron London Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün başladığı hərbi əməliyyatlardan xəbərdar olduğunu, prosesi yaxından izlədiyini yazıb: “Ölkənizdə baş verənləri izləyirəm, qarşıdurma tarixini araşdırdım və haqlı olduğunuza əminəm. Günahın bir hissəsi bölgənizdə daimi bir münaqişə ilə maraqlanan digər dövlətlərin siyasətindən qaynaqlanır. Azərbaycanın dünyəvi Konstitusiyasına həsəd aparıram”. Nepalın Katamandu Universitetinin professoru Haris Chand isə Gəncə, Bərdə və Tərtərdə mülki insanların qətlə yetirilməsindən dərin sarsıntı keçirdiyini yazıb: “Bu, insanlığa qarşı cinayətlərdir. Hanı dünya birliyinin ədaləti, BMT qətnamələri və onları icra edənlər?” Universitetə göndərilən digər cavab məktublarında da yuxarıda göstərilən mövqelər, fikirlər təkrarlanır. Qeyd edək ki, Azərbaycan Dillər Universitetində əməkdaşlar və tələbələr tərəfindən yaradılmış qərargahdan indiyədək 1000-dən çox məktub göndərilib. ADU-dan ümumilikdə göndərilən məktubların sayı isə 2300-dən artıqdır. Məktublar ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, dan, ərəb və s. dillərdə yazılıb. Geri dön |