Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəmizin Los-Ancelesdəki baş konsulu və Azərbaycan icmasının üzvləri türk restoranına qarşı törədilmiş zorakılığı pisləyiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ölkəmizin Los-Ancelesdəki baş konsulu və Azərbaycan icmasının üzvləri türk restoranına qarşı törədilmiş zorakılığı pisləyiblər

Ölkəmizin Los-Ancelesdəki baş konsulu və Azərbaycan icmasının üzvləri türk restoranına qarşı törədilmiş zorakılığı pisləyiblər


Noyabrın 4-də axşam radələrində ABŞ-ın Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən, 6-8 nəfərdən ibarət qrupun üzvləri hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

Türkiyənin baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə noyabrın 5-də ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.

Baş konsul Nəsimi Ağayev çıxış edərək nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında Los-Ancelesdə radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı yönələn cinayətlərin və təcavüzkarlığın son zamanlar artdığını qeyd edib. N.Ağayev yerli siyasi xadimlərin və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los-Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, Beverli Hils şəhəri Los-Anceles vilayətində yerləşir və Los-Anceles şəhəri ilə əhatə olunur.

Geri dön