Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İqlim dəyişikliyi dünyanın əsas limanlarının 14 faizinin gələcəyini təhdid edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İqlim dəyişikliyi dünyanın əsas limanlarının 14 faizinin gələcəyini təhdid edir

İqlim dəyişikliyi dünyanın əsas limanlarının 14 faizinin gələcəyini təhdid edir


İspaniyanın Ceuta, Bilbao və Bermeo limanlarının infrastrukturu Paris razılaşmasına əməl edilməyən şəraitdə iqlim dəyişikliyinin ən böyük təsirinə məruz qalırlar.

Burda söhbət təkcə dəniz səviyyəsinin qalxması və fırtına səbəbindən yaranan daşqınlardan getmir. Limanlar hər hansı bir ölkənin iqtisadi inkişafı üçün mühüm infrastruktura malikdir. Lakin onlar da fəhlələrin normal işləməsinə mane olan güclü küləklər və yüksək temperatur kimi iqlim dəyişikliyi təhlükəsinə məruz qalır.

Ekologiya İnstitutunun Hidravlika üzrə Ekspertlər Qrupu və ABŞ-ın Milli Atmosfer Tədqiqatları Mərkəzi Amerikanın 2013 ən əhəmiyyətli sahil limanlarında mövcud və gələcək riskləri hesablamaq üçün cihaz yaradıb. Tədqiqatlar göstərir ki, Paris Sazişi yerinə yetirilməsə və istixana qazı tullantıları indiyədək olduğu kimi artmaqda davam edərsə, bu infrastrukturların 289-u (14 faizdən çox) əsrin sonuna qədər riskə məruz qalacaq.

Alimlər xəbərdarlıq edirlər ki, Sakit okeanın, Karib dənizinin və Hind okeanının adalarında yerləşən limanlar, Afrikanın Aralıq dənizi və Ərəb yarımadasının infrastrukturları 2100-cü ilə qədər son dərəcə yüksək risk altına düşə bilər.

Tədqiqatçılar apardıqları analizlərin tərkibinə 41 İspan limanını daxil ediblər. Onların hesablamalarına görə, Seute, Bilbao və Bermeoda yerləşən üç limanın fəaliyyəti Paris Sazişinin pozulduğu təqdirdə əsrin sonunda yüksək riskə məruz qalacaq. Onlardan 32-si orta təhlükə kateqoriyasında, yalnız altısı isə, aşağı risk kateqoriyasında qalacaq. Bu eskalasiya gələcəkdə dənizin orta səviyyəsinin yüksəlməsi səbəbindən nəhəng dalğalarla, dokların və anbar sahələrinin su altında qalması ilə bağlı olacaq.

Alimlər əmindilər ki, iqlim dəyişikliyi limanların fəaliyyətini təhlükə altına alaraq daha çox dayanma və iqtisadi itkilərə səbəb ola bilər.

Məsələn, 2005-ci ildə baş verən Katrina qasırğası nəticəsində, ABŞ-ın dörd limanına 850 milyon dollardan çox zərər dəyib. Qeyd edək ki, Galfport limanı 30 gün, Yeni Orlean Limanı isə 12 gün müddətinə bağlanıb.

Geri dön