Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polad Bülbüloğlu: Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Polad Bülbüloğlu: Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm

Polad Bülbüloğlu: Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm


Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm. Azərbaycanda belə şəhər yoxdur, Xankəndi adlanan şəhər var. Xahiş edirəm, bu adı yadda saxlayasınız.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu sözləri “RBK”ya müsahibəsində deyib.

Səfir Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında imzalanan bəyanatın hazırlanması prosesindən danışaraq qeyd edib ki, bəyanatın detalları liderlər tərəfindən müəyyən edilib, texniki işlər isə ölkələrin səfirlikləri və XİN-ləri tərəfindən yerinə yetirilib. Səfir bu işlərə görə Rusiya tərəfinə və şəxsən Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

P.Bülbüloğlu vurğulayıb ki, əgər münaqişə tərəfləri Cənubi Qafqazda həqiqətən uzunmüddətli və sabit sülhə nail olmaq istəyirlərsə, o halda razılaşmanın bəndlərini qüsursuz yerinə yetirməlidirlər.

Dağlıq Qarabağda erməni əhalinin yaşaması barədə sualı cavablandıran diplomat qeyd edib ki, Azərbaycan tərəfi heç vaxt Dağlıq Qarabağdan erməni əhalinin qovulması məqsədini qarşısına qoymayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu məqamı dəfələrlə vurğuladığını xatırladan səfir P.Bülbüloğlu bildirib ki, eyni zamanda, Azərbaycan öz ərazilərində separatçı təzahürlərə heç vaxt imkan verməyəcək. Bu ərazi, birmənalı olaraq, Azərbaycan Respublikasına mənsubdur və o, Azərbaycan qanunları ilə yaşayacaq. Səfir deyib: “Dağlıq Qarabağa qayıtmaq, sülh şəraitində yaşamaq və işləmək istəyən erməni millətindən olan vətəndaşlar qala bilərlər. Lakin onlardan hər hansı biri yenidən əlinə silah alarsa, o halda onlara terrorçulara qarşı olan münasibət göstəriləcək. Onlar başa düşməlidirlər ki, Azərbaycan Respublikasının qanunlarına uyğun yaşayacaqlar. Separatizm – böyük bəladır. Əgər ona imkan verilərsə, o halda Avropada bir çox ölkələr bundan əziyyət çəkərlər. Azərbaycan da Rusiya kimi çoxmillətli və çoxkonfessiyalı ölkədir”.

Diplomat, həmçinin bəzi politoloqların və siyasətçilərin diqqətinə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında razılaşma Rusiya Prezidentinin vasitəçiliyi ilə bağlanıb. “Deputat bunu necə deyə bilər? Bu gün bir deputat barmağını silkələyərək Azərbaycanı hədələmək istəyib ki, əgər sülhməramlının başından bir tük əskik olarsa, o halda Bakının aqibəti Tbilisidən betər olacaq. Həmin deputat yəqin yaddan çıxarıb ki, sülhməramlılar da bərbərin yanına gedir və başlarını qırxdırırlar. Fürsətdən istifadə edərək demək istəyirəm ki, sakitləşin, məsələ həll olunub”.

Geri dön