Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Bu bir ildə çox ciddi nəticələr ortaya qoyuldu" - Fərəc Quliyev ilə müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Bu bir ildə çox ciddi nəticələr ortaya qoyuldu" - Fərəc Quliyev ilə müsahibə

"Bu bir ildə çox ciddi nəticələr ortaya qoyuldu" - Fərəc Quliyev ilə müsahibə


FƏRƏC QULİYEV: "AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ BİR BARIŞ MÜHİTİ YARANIB, DÜŞMƏNÇİLİYƏ, YERSİZ NİFRƏTƏ SON QOYULUB"

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.

- Fərəc bəy, artıq bir ildir ki, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunveriçilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşüb, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu dialoqu zəruri edən səbəblər hansılardır?

- İstənilən cəmiyyətdə dialoq vacibdir. İstər orda konfrantasiyalar olsun, istər barış mühiti olsun. Əgər konfrantasiya varsa, onu yaradan səbəbləri aradan qaldırmaq üçün danışmaq vacibdir. Barış mühiti varsa, inkişaf, təkamül üçün, daha nələrin edilməli olduğunu müəyyən etmək üçün danışmaq lazımdır. Təbii ki, alternativlər təklif olunmalıdır. Və siyasi palitrada münasibətlər sistemində bu, olduqca vacibdir. Çünki yekun olaraq hər kəs ölkəyə xidmət etmək istəyirsə, bu məsələlər bir masada ortaya qoyulmalıdır. İndi bir partiya iş başında ola bilər. Amma digər partiyaların da düşüncələri varsa, bunu sandıq ədəbiyyatına çevirməli deyillər. Təkliflər verilə bilər, bu təkliflər hakimiyyətdə olanlar tərəfindən araşdırıla bilər, həyata keçirilməsinə çalışılar, problemlər olarsa, onların aradan qaldırılması, çözülməsi üçün təkliflər irəli sürülə bilər və s. Ona görə də dialoq çox mühümdür. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev fəaliyyətə başladıqdan sonra Prezidentin bu sahədə verdiyi tapşırıqları çox surətlə və yüksək səviyyədə yerinə yetirməsi də işin çox xeyrinə oldu. Yəni artıq 50 siyasi partiyanın müharibə zamanı "Biz birlikdə hamımız Ali Baş Komandanın yanındayıq" deyə bəyanat verməsinin, bu görüşlərin də əvvəlki dialoq mühitinin yaranmasından qaynaqlanmasını da kənara qoymaq olmaz. Partiyalar əslində buna hazırlandılar. Ortada anlaşmalar oldu, hər kəs öncə Vətən prinsipi ilə davrandı, hesab edirəm ki, yaranmış o ümummilli birlik bu dialoqa söykənən bir məsələdir. Ona görə də mən Azərbaycan üçün müharibə şəraitində dialoqun vacibliyini həm də bu amillə əlaqələndirirəm. Mütəmadi olaraq təbii ki, bu görüşlər olub, təkliflər dinlənilib, müəyyən məsələlər dilə gətirilib və təbii ki, müəyyən də nəticələr olub. Dialoq bizim üçün ikiqat vacib olan məsələdir.

- İqtidar-müxalifət dialoqu başlayandan bəri Azərbaycan cəmiyyətində nələr dəyişib?

- Dialoq başlayandan bəri cəmiyyətimizdə çox şey dəyişib. Əvvəla, parlamentdəki bir sıra müxalifət partiyalarının nümayəndələri artıq komitə sədri, sədr müavinləri, parlamentin vitse-spikeri səviyyəsində təmsil olunublar. Bu, çox böyük irəliləyişdir. Azərbaycan cəmiyyətində bir barış mühiti yaranıb. Düşmənçiliyə, yersiz nifrətə son qoyulub, söyüş kampaniyalarının birmənalı olaraq hamı tərəfindən yolverilməz olduğu bildirilib. Siyasi rəqabət üçün normal mühit yaranıb. Televiziyalarda bütün partiyaların liderlərinə yer verilib. Müxtəlif qəzetlərdə, internet resurslarında fikir mübadiləsi olur. Hesab edirəm ki, qısa zaman ərzində ortaya çıxan nəticələr kifayət qədər normaldır. Əlbəttə, verilən təkliflər saf-çürük edilir. Gələcəkdə daha nələr olunmalıdır məsələsi, təbii ki, bu sonranın işidir və tədricən ortaya çıxacaq. Amma əsas olan budur ki, insanlar meydanda dalaşmaqdan daha çox, masada danışmağın tərəfdarı olduqlarını bildirdilər.

- Məlumdur ki, siyasi partiya liderləri tərəfindən bu görüşlər zamanı hakimiyyətə müxtəlif təkliflər verilir, cəmiyyəti narahat edən problemlər qabardılır. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri irəli sürüb və onlara münasibət necə olub?

- Dialoq təkcə masada aparılmır, ümumiyyətlə, müxalifətin hakimiyyətlə münasibətlər sistemində müxtəlif platformalarda təkliflər verilir. Biz də mütəmadi olaraq öz təkliflərimizi vermişik. Məsələn, müharibənin fəal fazası başlamazdan xeyli əvvəl müharibə ilə bağlı təkliflərimiz olub. Bu təkliflərin bir qismi cəmiyyət üçün qapalıdır, bir qismi açıq çağrışlar şəklində. Biz seçki ilə bağlı təkliflər vermişik. Məsələn, mən gələcəkdə proporsional seçki sisteminin tətbiqinin daha yaxşı olacağını təklif etmişəm. Burda həm partiyaların gücü müəyyənləşər, həm təsadüfi adamlar parlamentə yol tapmaz, eyni zamanda siyasətlə peşəkar şəkildə məşğul olanlar süzgəcdən keçərək bir siyasi institutda, partiyada yetişərək, həm də bir kadr kimi gələcəkdə parlamentin zənginləşməsində iştirakçı ola bilərlər. Üstəlik, biz idarəetmə sistemində müəyyən təkliflərlə çıxış etmişik. Məsələn, bələdiyyələrin statusunun artırılması və s. Təkliflər əlbəttə ki, verilməlidir, hakimiyyət də baxır, müzakirə edir, süzgəcdən keçirir və həyata keçililməsini təmin edir. Biz bundan sonra da təşəbbüskar olacağıq. Normal təkliflərə biganə qalınmır.

- Siz bəzi məqamları qeyd etdiniz, amma istərdik hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları barədə bir qədər ətraflı danışasınız. Ümumiyyətlə, artıq dialoqun nəticələrdən danışmaq mümkündürmü?

- Bir daha təkrar edim ki, artıq parlament komitələrində, parlament rəhbərliyində təmsilçilik, yerlərdə müəyyən fikir mübadiləsinin aparılması, xüsusən, artıq müharibə başlayandan sonra qoyulmuş bu dialoq kərpicinin sonradan daha ciddi təmərküzləşmə və birlikdə davranış, hakimiyyətlə müxalifətin bir yerdə vətən savaşında olması, bütün bunlar çox ciddi təsirlərdir. Azərbaycanda iki partiyadan başqa bütün partiyalar, bütün QHT-lər, KİV bir yerdə Vətən müharibəsindədirlər və bir ailə kimi davranırlar. Bunun özündən böyük nəticə almaq mümkündürmü, məncə, yox.

- Biz cəbhədə düşmən təxribatına qarşı bütün cəmiyyətin, eyni zamanda siyasi partiyaların vahid mövqedən çıxış etdiyini gördük. Sizcə, ölkəmizin döyüş meydanında əldə etdiyi uğurlarda bu həmrəylik nə dərəcədə rol oynayır?

- Cəbhədə düşmən təxribatına qarşı hər kəsin, o cümlədan, partiyaların vahid mövqedən çıxış etməsi əslində, ordumuzun daha yüksək əhval ruhiyyədə döyüş aparmasının zəminidir. Ön cəbhə arxa cəbhəyə birbaşa bağlıdır. Burdakı ab-hava mütləq ön cəbhəyə təsir edir. Üstəlik, ön cəbhədə döyüşən insanlar arxa cəbhədə olan ailələrin övladlarıdır. O ab-havanı ora daşıyırlar. Onlar birbaşa cəmiyyətdən qırılmırlar. Onlar cəmiyyətin içərisindən çıxırlar və döyüş meydanına gedirlər. Bu ruh yüksəkliyinin olması üçün cəmiyyətdəki bu ciddi birliyin çox böyük əhəmiyyəti var. Üstəlik də, düşmən tərəf bütün sahələrdə bizimlə savaş aparır. Bu istər informasiya savaşı olsun, istər başqa sahələrdə savaş olsun, ona qarşı qoymaq üçün də təbii ki, cəmiyyətmizin birlikdə çıxış etməsi çox vacibdir. Bütün resurslar səfərbər olmalıdır. Bu savaş təkcə cəbhə bölgəsində silahların döyüşdüyü bir yer deyil. Döyüş meydanında əldə edilən uğurlar hər mənada həmrəyliyə çox bağlıdır. Biz öz davranışımızla həm əsgərlərimizin əhvalını yüksəldirik, həm də düşmən tərəfini sarsıdırıq, Azərbaycan cəmiyyətində bir parçalanma, qarşıdurma olarsa, 90-cı illərdə olduğu kimi düşmən bundan dərhal istifadə edər, bu çox həssas bir məqamdır. Bayaq dediyim kimi, Ədalət müəllimin xüsusi fəaliyyətini burda qeyd etmək lazımdır. Prezidentin ümumi baxışlar sistemi və islahatlar paketində bu məsələyə xüsusi yer ayırması, siyasi islahatların aparılması bu bazanı yaratdı və bu da döyüş zamanı çox zəruri, çox ehtiyacımız olan bəhrəsini verdi.

- Fərəc bəy, qeyd etdiyiniz kimi, artıq dialoq öz müsbət faydalarını göstərməyə başlayıb. Yeri gəlmişkən, bu dialoq dövlət başçısının tapşırığı ilə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi tərəfindən aparılır. Bu şöbə artıq bir ildir ki, fəaliyyət göstərir. Sizcə, bir ildə görülən işləri necə qiymətləndirmək olar?

- Azərbaycanda hər sahədə islahatlar gedir və təbii ki, siyasi islahatlar bu zəncirin ən ciddi halqalarından biridir. Bu olmadan təbii ki, digər islahatların mənası da olmazdı. Ədalət müəllimin rəhbərlik etdiyi şöbə həm parlamentlə, həm siyasi partiyalarla çox effektiv münasibətlər sistemi qurub. Çox gözəl çalışmalar var. Bir il böyük zaman deyil, amma bu müddət ərzində ortaya çox ciddi nəticələr qoyuldu. Konkret olaraq həm də müharibənin fəal hissəsi başlayana qədər siyasi partiyalarla görüşlərin keçirilməsi, tərəflərin bir araya gətirilmə modelləri üzərundə effektiv işi vurğulamaq olar. Eyni zamanda, 50 partiyanın birmənalı şəkildə hakimiyyətin, dövlətin maraqlarını qoruması, bir yerdə olması və digər ciddi nəticələr oldu. Yəni qısa zaman ərzində cəmiyyətdə iştirakçılıq təmin olundu. Kadrların çix böyük önəmi var. Kadr seçimi çox ciddu məsələdir. Ədalət müəllim öz kariyerası, təcrübəsi, təmiz fəaliyyət göstərməsi, özünün peşəkar yanaşması, həm də gözəl bir komanda toplaması ilə sadaladığım nəticələrə nail oldu. Bir illik fəaliyyətin qısa xronologiyaslna toxundum, amma çox ciddi şəkildə cəmiyyətdə siyasi palitrada bir barış yaranıbdır. Və ölkədəki inkişaf əslində barışa söykənən sabitliyə bağlıdlr. Bunu da həmin şöbə təşkil edib və onlara uğurlar arzulayıram.

- Bəs ölkəmizdə aparılan bu siyasi islahatlar, bu dialoq partiyaların cəmiyyətdəki roluna necə təsir göstərib?

- Ölkəmizdə aparılan siyasi islahatlar təbii ki, partiyaların cəmiyyətdə rolunu xeyli dərəcədə artırıb. Artıq cəmiyyət görür ki, artıq siyasi partiyalara qiymət verilir, onların düşüncələrinə, toparlanmalarına, seçki yolu ilə hakimiyyətdə təmsil olunmalarına imkanlar var. İstər prezident, parlament seçkiləri olsun, istərsə də bələdiyyə seçkiləri, seçkilərdə iştirak çox mühümdür. Hesab edirəm ki, cəmiyyətin idarə edilməsində iştirakçılıq üçün siyasi islahatların yaratdığı mühit çox münbit mühitdir və bu, siyasi partiyaların daha da oturuşmasına, bəlkə də, bir qism siyasi qüvvənin meydandan çıxmasına səbəb olacaq. Fikrimcə, real gücü, təsiri, fəaliyyəti olan partiyalar meydanda qalacaqdır. Bunları isə siyasi islahatların verdiyi töhfə adlandırmaq olar.

PƏRVANƏ

Geri dön