Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə "Covid-19 artımı"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə "Covid-19 artımı"

Ərdəbildə "Covid-19 artımı"


12 noyabr, çərşənbə günü, “Ərdəbil Tibb Elmləri Universiteti”nin rəisi bunu bildirməklə yanaşı, dünən gecə Covid-19 səbəbiylə 6 nəfərin öldüyünü qeyd edib.



“Şəhram Həbibzadə” eyni müddətdə 72 nəfərində sağalaraq evə buraxıldığını söyləyib. Ancaq o əlavə edib ki, Ərdəbil əyaləti Covid-19 virusunun yayılması təhlükəsi və yoluxma sayında artım göstərməkdə davam edir.



Həbibzadə hal-hazırda Ərdəbil xəstəxanalarında 446 Covid-19 xəstəsinin müalicə aldığını, bunlardan 71-nin reanimasiya şöbələrində yerləşdirildiyini qeyd edib.



“Şəhram Həbibzadə” Ərdəbil əyalətinin bütün şəhərlərində vəziyyətin ağır olduğunu bildirərək, təhllükə səviyyəsinə görə Ərdəbil və Meşkin(Xiyav) şəhərlərinin qara, Xalxal və Parsabadın isə qırmızı vəziyyətdə olduqlarını söyləyib.

Geri dön