Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Şimali Kipr və Kosovonun müstəqilliyini tanıya bilər? - Partiya sədrinin ŞƏRHİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Şimali Kipr və Kosovonun müstəqilliyini tanıya bilər? - Partiya sədrinin ŞƏRHİ

Azərbaycan Şimali Kipr və Kosovonun müstəqilliyini tanıya bilər? - Partiya sədrinin ŞƏRHİ


“Hər bir sahədə Türkiyədən dəstək aldığımız kimi, biz də bütün məsələlərdə qardaş ölkənin yanında olmalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın yaranmış mövcud şəraitdə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Kosovonun müstəqilliyini tanımasının mümkünlüyünü şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Şimali Kiprin tanınmasının tərəfdarı olduğunu vurğulayan Fərəc Quliyev bunun üçün uyğun zamanı bir qədər də gözləməyin vacib olduğunu qeyd edib:

“Bilirsiniz, bu, kifayət qədər həssas məsələdir və müxalifətdə olan partiya lideri olaraq, xal qazanmaq üçün cavab vermək də mümkündür. Burada ümummilli məsələ var və bu, ölçüb-biçilməlidir.

Ən azından, hələ biz dekabrın 1-nə qədər bir az ehtiyatlı mövqe tutmalıyıq və Qarabağda bəzi tamamlama işlərini də bitirməliyik. Prinsip etibarilə, Şimali Kipr tanınmalıdır. Bununla belə, hesab edirəm ki, Kosovo ilə bağlı başqa müstəvidə düşünmək lazımdır.

Oradakı şəraiti başqa yerlərlə, əsasən də Qarabağla müqayisə edirlər. Bunlar tamam fərqli məsələlərdir. Burada tək Kipr və Kosovonun yox, həm də Türkiyənin taleyi müzakirə mövzusudur. Ümumiyyətlə, bu məsələyə müsbət yanaşmaq olar. Ancaq doğru zamanın seçilməsi də çox önəmlidir. Biz elə addım atmalıyıq ki, həyata keçirdiyimiz proseslərə zərər toxunmasın.

Hər bir sahədə Türkiyədən dəstək aldığımız kimi, biz də bütün məsələlərdə qardaş ölkənin yanında olmalıyıq. Çünki Türkiyənin Aralıq dənizi siyasətində Kiprin tutduğu mövqe çox mühümdür.

Son günlərdə Maraşla bağlı atılan addımlar və seçkilərdə milliyətçi bir adamın iş başına gətirilməsi də mühüm əhəmiyyət kəsb edir. Türkiyənin bu məsələlərdə uğuru, dolayısı ilə Azərbaycanın uğuru deməkdir. Prinsipcə, Şimali Kiprin Azərbaycan tərəfindən tanınması mümkündür, ancaq dediyim kimi, zamanlama məsələsi çox önəmlidir”.

Aqil Bəkir

Geri dön