Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Döyüşdə və diplomatiyada uduzduğumuz üçün fövqəladə parlament seçkiləri labüddür”- Erməni prezidentin konkret tələbi…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Döyüşdə və diplomatiyada uduzduğumuz üçün fövqəladə parlament seçkiləri labüddür”- Erməni prezidentin konkret tələbi…

“Döyüşdə və diplomatiyada uduzduğumuz üçün fövqəladə parlament seçkiləri labüddür”- Erməni prezidentin konkret tələbi…


Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edib. Dövlət başçısı müraciətində bildirib ki, ölkədə növbədənkənar parlament seçkiləri qaçılmazdır:

“Ölkədə böhran vəziyyəti ilə əlaqədar Ermənistanda hakimiyyət milli razılıq hökumətinə verilməlidir. Hökumət potensialı obyektiv qiymətləndirməli və qısa müddətdə bir sıra konstitusiya prosesləri üçün yol xəritəsini təqdim etməlidir, hansı ki, nəticəsi erkən parlament seçkiləri olacaq. Döyüşdə və diplomatiyada uduzduğumuz üçün fövqəladə seçkilərin keçirilməsi labüddür. Bundan əvvəl ölkədəki hakimiyyət yüksək ixtisaslı milli razılaşma hökumətinə keçməlidir".

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə ağır iqtisadi vəziyyətin olduğunu da etiraf edib:

"Yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib”.

Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar fəlakət baş verib. Ermənistan prezidenti həmçinin əlavə edib ki, müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir. A.Sarkisyan, eləcə də, xüsusən ölkənin hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırıb: "Hüquq-mühafizə orqanlarına müraciət edirəm - bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanmazdır. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram".

Ermənistan prezidentinin bu tələbi keçərli ola bilərmi və baş tutarsa, həmin ölkədə hansı yenilikləri gözləmək olar?

“Çalışırlar ki, məsuliyyəti bölüşsünlər və ölkədə gözlənilən qarşıdurmanı aradan qaldırmağa nail olsunlar”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda heç bir dəyişiklik gözləməyə dəyməz: “Həmin ölkə mühərriki sıradan çıxan və dənizin ortasında qalan bir gəmini xatırladır. Nə istədikıərini bilməyən bir xalq səviyyəsindədirlər. Onlara heç xalq demək də doğru deyil. Çünki Kəlbəcərdə edilən hərəkətlər ancaq vəhşi qəbiləyə məxsus ola bilərdi. Hakimiyyət dəyişikliyi ona görə mümkün deyil ki, ortada çox ağır bir miras var. Həmin “meyiti” kimsə yerdən qaldırmaq istəmir. Ermənistanın keçmiş prokurorluq nümayəndəsi deyirdi ki, ölkəsi sənədə imza atmaqla 50 milyard təzminat ödəməlidir. Qırılmış leşlərinin ailələrinə yardımlar etməlidirlər, çökmüş iqtisadiyyatlarını dirçəltməlidirlər. Bu səbəbdən də hər hansı qüvvə indiki məqamda hakimiyyəti əla almaqda maraqlı deyil. Bir müddət əvvəl də istəyirdilər ki, sabiq prezidentlər, xarici işlər nazirlərindən ibarət bir qurum yaratsınlar. O da alınmadı. Çalışırlar ki, məsuliyyəti bölüşsünlər və ölkədə gözlənilən qarşıdurmanı aradan qaldırmağa nail olsunlar. Ermənistanda vəziyyəti kardinal şəkildə dəyişəcək hansısa addım atıla bilməz. Ermənistan üçün qatar çoxdan gedib. “Günah keçisi” axtarmaq yarışında hakimiyyət yanında məsuliyyəti bölüşmək üçün adamlar axtarır. Biz ölçülü-biçili davransaq, onların problemləri daha da dərinləşəcək. Həmin ölkə hələ şokdadır, nə baş verdiyini bilmir. Məğlub olmuş cəmiyyətin kataklizmləri hələ qabaqdadır”.

Müsahibimiz hesab edir ki, prezident Armen Sarkisyanın bu cəhdi nəyisə dəyişmək gücündə deyil.

Məhəmmədəli QƏRİBLİ

Geri dön