Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Erməniləri ifşa edən kitabın təqdimatı keçirildi
Erməniləri ifşa edən kitabın təqdimatı keçirildi |
Tədbirə millət vəkilləri, elm adamları və bir sıra rəsmi şəxslər qatıldı
“Erməni soyqırımı”: mif və gerçəklik” kitabnın Azərbaycan xalqının tarixində və gənc nəslin maariflənməsi istiqamətində mühüm rolu olacaq”. Bunu millət vəkili Aydın Mirzazadə kitabın təqdimat mərasimində çıxışı zamanı bildirdi. Onun sözlərinə görə, sözügedən kitabda bu günə kimi məlum olmayan faktlar ver alıb: “Burada çox mühüm faktlar var. Zamanla həmin faktlardan istifadə etmək lazımdır. Düşünürəm ki, kitab Azərbaycanın bütün bölgələrində təbliğ olunmalı və universitetlərində dərs vəsaiti kimi tədris olunmalıdır. Bundan başqa kitab həm də internetlərdə yerləşdirilməlidir. Həmçinin bu kitab bir çox dillərə tərcümə olunub Azərbaycandan kənarda, xarici ölkələrdə də tədris olunmalıdır”. A.Mirzazədənin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verdi. O, bildirdi ki, kitabın elektron versiyası hazırlanmalı və ermənilərin Azərbaycana qarşı törətdikləri terror faktları bütün dünyaya bəyan edilməlidir. Tədbirdə millət vəkili Nizami Cəfərov, Qüdrət Həsənquliyev, Musa Qasımlı da həmkarlarının bu fikrlərini dəstəklədiklərini bildirdilər. Sonda millət vəkili Fazil Mustafa çıxış edərək bildirdi ki, bu layihə alqışlanmalıdır: “Bu nə birincidir, nə də sonuncu. Yaranan hər bir əsər alqışlanmalıdır. Buna görə də biz millət vəkili Adil Əliyevə dərin təşəkkür edirik”. Millət vəkili Adil Əliyev tədbiri giriş sözüylə açaraq, gələn qonaqları salamlayıb və onlara öz təşəkkürünü bildirib. “Biz belə kitabların sayını artırmalıyıq. Kitabda ermənilərin Azərbaycana qarşı törətdiyi terror aktları yer alıb. Kitabın ərsəyə gəlməsinə görə, mənimlə yanaşı xidmətləri olan millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. Bu kitabın həm də maarifləndirici olduğunu nəzərə almaq lazımdır. Mənə bir neçə millət vəkillərindən təklif olub ki, bu kitabın təqdimat mərasimini bölgələrdə də keçirək”, - millət vəkili A.Əliyev deyib. Millət vəkili kitabla bağlı arzusunu da açıqlayıb: “Kitabla bağlı bir arzum da var. Kitabı rus dilində çap etmək, Rusiya və başqa ölkələrin mətbuat orqanlarında yaymaqdır”. Qeyd edək ki, tədbirdə bir çox dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, “Erməni soyqırımı”: mif və gerçəklik” adlı kitabın elmi redaktoru və məsləhətçisi Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmlər doktoru, professor Əli Həsənov, layihənin ideya müəllifi Milli Məclisin deputatı Adil Əliyevdir. Bahar Rüstəmli AzNews.az Geri dön |