Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şumer və türk dillərinin qohumluğunu təsdiqləyən yeni nəşr
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Şumer və türk dillərinin qohumluğunu təsdiqləyən yeni nəşr

Şumer və türk dillərinin qohumluğunu təsdiqləyən yeni nəşr


Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Sadığın “Tanrı dili, türk dili, şumer dili” kitabı işıq üzü görüb.

İnstitutdan bildirilib ki, kitabda şumer və türk dillərinin biçimliliyi (aqlütinativliyi), onların hər ikisində ahəng və heca qanununun möcvudluğu haqqında zəngin məlumatlar verilib. Kitabda şumer dilinin fonetikası, morfologiyası, sintaksisi və leksikası türk dilinin materialları ilə qarşılıqlı müqayisələr aparılmaqla öyrənilib. İki dilin qohumluğu üçün tələb olunan üç mühüm şərtə - hər iki dildə qohumluq, say və bədən üzvlərinin adlarını bildirən eyni terminlərə aid çox tutarlı və inandırıcı nümunələr verilib. Müəllif bunlarla kifayətlənməyib, şumer və türk dillərinin qohumluğunu təsdiqləyən şərtlərin sayını 30-a çatdırıb. Bunlardan hər iki dildə eyni omonimlərin, kök feillərin, ismin halları və hal şəkilçilərinin üzə çıxarılması bu iki dilin qohumluğunu təsdiqləyən təkzibolunmaz arqumentlərdir.

Nəşrdəki “Şumer və türk dillərində ilk sözlər və səsartımı yolu ilə söz yaradıcılığı”, “Şumer və türk dillərində eyni semantik söz yuvaları”, “Şumer və türk dillərində hecaların təkrarlanması yolu ilə söz yaradıcılığı”, “Şumer Tanrı adlarının türk dilində semantik açımı”, “Bilqamıs” dastanında onomastik türkizmlər” başlıqlarında verilmiş örnəklər və onların müqayisəli təhlili bu iki dilin qohumluğunu aydın şəkildə göstərir.

Həmçinin kitabda 1000-ə yaxın sözün eyniliyi və ya oxşarlığı üzə çıxarılıb ki, digər arqumentlərlə birlikdə onlar da şumer və türk dillərinin qohumluğunu təsdiqləmək baxımından olduqca dəyərlidir.

Geri dön