Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək yığıncağında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək yığıncağında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək

ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək yığıncağında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək


ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik yığıncağı çərçivəsində Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstanda həlli uzanan münaqişələrlə bağlı danışıqlar prosesinin gedişi qiymətləndiriləcək.

APA-nın ATƏT sədrliyinin (Litva) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “dondurulmuş” münaqişələrlə yanaşı, toplantıda enerji təhlükəsizliyi, kiber təhlükələr və narkotiklərin qanunsuz dövriyyəsi, Əfqanıstan və Aralıq dənizi ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə ediləcək. İclasın yekununda Litva təşkilatda sədrliyi İrlandiyaya ötürəcək.

Şuranın işində 56 üzv ölkənin, 12 Şimali Afrika dövlətinin və bir sıra Asiya ölkələrinin xarici işlər nazirlərinin, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun, ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiunun və bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.

Geri dön