Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > ÜST: Ötən həftə Avropada 29 min insan koronavirusdan həyatını itirib
ÜST: Ötən həftə Avropada 29 min insan koronavirusdan həyatını itirib |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının kəskin artmasından narahatlıq ifadə edib.
Beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe ötən iki həftə ərzində COVID-19 xəstəliyi ilə əlaqədar ölüm hallarının 18 faiz artdığını bildirib. O qeyd edib ki, Avropa regionu üzrə ötən həftə 29 min ölüm halı rəsmi statistikada əksini tapıb və bu da hər 17 saniyədən bir COVID-19 xəstəliyi ilə əlaqədar bir nəfərin ölümü deməkdir. ÜST rəsmisinin sözlərinə görə, Avropa regionunda gündəlik təxminən 4500 ölüm halının qarşısını almaq mümkün görünür, bunun üçün insanlar qaydalara ciddi riayət etməli və yanlış informasiyalara qarşı tədbirlər görülməlidir. H.Kluqe, eyni zamanda, müsbət irəliləyiş barədə də məlumat verib. Bildirilib ki, ötən həftə Avropada yeni yoluxma hallarının öncəki həftədən 1,8 milyon az olub. Onun sözlərinə görə, bu irəliləyiş kiçik bir siqnal olsa da, əhəmiyyəti böyük ola bilər. Lakin Avropa ölkələrində səhiyyə sisteminin artıq öz limitinə çatdığı da diqqətə çatdırılıb. İsveçrədə reanimasiya şöbələrində çarpayıların hamısının artıq dolu olması, Fransada isə hələ 10 gün bundan əvvəl bu çarpayıların 95 faizinin xəstələrə verilməsi ciddi narahatlıq doğurur. Avropa bürosunun rəhbəri bildirib ki, hazırda dünya üzrə rəsmi qeydiyyata alınan bütün yoluxma hallarının 28 faizi, ölüm hallarının isə 26 faizi Avropanın payına düşür. Hazırda Avropada ümumi yoluxma sayı 15,8 milyon nəfərə, ölüm hallarının sayı isə 355 min nəfərə bərabərdir. Geri dön |