Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda ölkənin Xəzərdəki payının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İranda ölkənin Xəzərdəki payının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq

İranda ölkənin Xəzərdəki payının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq


Xəzər dənizinin statusu ilə bağlı konfrans dekabrın 14-15-də İranın Mazandaran əyalətinin Sari şəhərində keçiriləcək. Bunu İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının tərkibində xüsusi yaradılmış Xəzər dənizi komitəsinin rəhbəri Mehdi Sənayi deyib.İranın İSNA agentliyi xəbər verir.

Sənayi bildirib ki, həmin konfransda Xəzərin statusu ilə bağlı son vəziyyət, xüsusi ilə İranın Xəzər dənizində payının müəyyənləşməsi məsələsi müzakirə olunacaq.

Konfransda İranın Xəzərin statusu ilə əlaqədar təşkilatları, eləcə də xarici işlər naziri Əli Əkbər Salehi, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də Limanlar və Gəmiçilik İdarəsinin və Neft Xəzər şirkətinin rəsmiləri iştirak edəcəklər.

Sənayi deyib ki, Parlamentin Xarici siyasət və milli təhlükəsizlik komissiyası Xəzər dənizinin statusu ilə bağlı məsələləri ciddi şəkildə izləyir.

Qeyd edək ki, Xəzər dənizinin statusu ilə bağlı ilk bu cür konfrans 2010-cu ilin oktyabr ayında İranın Gilan əyalətinin Rəşt şəhərində keçirilib. 2011-ci ildə isə konfrans Mazandaran əyalətində keçirilib.
Sənayi dekabr ayında keçiriləcək konfransda Xəzərin təhlükəsizliyi və ekologiyası ilə bağlı da müzakirələr aparılacağını bildirib.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Geri dön