Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Arazın suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran Arazın suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyir

İran Arazın suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyir


İranın Energetika Nazirliyinin MDB ölkələri və sərhəd çayları üzrə baş idarəsinin direktoru Cabbar Vətənfəda Araz çayının suyunun Urmiya gölünə axıdılması məsələsindən danışıb.

C. Vətənfəda deyib ki, iqlim şəraiti səbəbindən Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəzi tədbirlərə əl atılması nəzərdə tutulur: “Həmin tədbirlər sırasında Araz çayından Urmiya gölünə suyun axıdılması planı da var. Təbii ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə lazımi müzakirələr aparılacaq. Azərbaycan hökumətindən qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gəlməsini istəyirik”.

C. Vətənfəda İranla Ermənistan arasında Araz çayı üzərində birgə inşa olunan Mehri Su Elektrik Stansiyası (SES) ilə bağlı Azərbaycan mətbuatında yazılanlara da toxunub: “Mehri SES üçün suyun gücləndirilməsinə və ehtiyat olaraq yığılmasına ehtiyac yoxdur. Bu stansiya su axını ilə işləyəcək. Mehri SES İranla Azərbaycan arasında, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda istifadəyə verilmiş stansiyanın analoqudur. Bu kimi stansiyalarda su bir tunelə doğru istiqamətləndirilir və davamlı şəkildə çaya geri göndərilir. Beləliklə, suyu gücləndirməyə və hansısa çayın axınının qarşısını almağa ehtiyac yoxdur”.

Geri dön