Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Toğrul İsmayıl: “ABŞ-ın Qafqazla bağlı aydın planı yoxdur”
Toğrul İsmayıl: “ABŞ-ın Qafqazla bağlı aydın planı yoxdur” |
Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayılla müsahibə:
- Toğrul bəy, bu gün Gürcüstanda nə baş verir və bu proses bölgə üçün nələr vəd edir? - Əslində Gürcüstanda parlament seçklərindən həmən sonra ciddi dəyişiklərinin olacağı gözlənilən məsələ idi. İqtidara can atan qrup Saakişvili hakimiyyətinə qarşı birləşmiş ortaq müxalifətdi. Ona görə də qələbə çalar çalmaz həmən öz düşüncələrini reallaşdırmağa çalışırlar. Sadəcə bu tələskənlik və bir az da təcrübəsizlik sensasiyalı bəyanatlara səbəb oldu. Düzdür həmən ardından onlardan bəzilərinə təkzib gəldi. Məsələn ARDNŞ ilə bağlı bəyənat buna misal ola bilər. Azərbaycan neft şirkətinə qarşı irəli sürülən fikirlər əslində, bu iqtisadi böhranlı bir zamanda ciddi bir yatırımçını ürkütməkdən və dolayısı ilə ölkədən kapital qoyuluşunu uzaqlaşdırmaqdan başqa bər şey deyil. Necə ki elə də oldu. Rövnəq Abdullayevlə görüşdən həmən sonra həm təkzib gəldi, həm də investisiyalara davam ediləcəyi görüşü açıqlandı. Qeyd etmək istəyirəm ki, bu ya tələsik verilən açıqlama, əslində ilk növbədə Gürcüstanın özünün işinə yaramır. İndiki şəraitdə bu ölkənin xarici kapitala və xüsusilə də Azərbaycanın enerji dəstəyinə ehtiyaci var. O biri yandan İvanişvili parlamentdə çoxluğa sahib olsa da, bunun nəticəsində də hökumət qurma səlahiyyətini əldə etsə də, seçkilərdə seçicilərin səslərinin yarısından bir az çoxunu almışdır. Təbii ki, burada müxalifətin bir ittifaq içində seçkilərə getdiyini unutmamaq lazımdır. Belə olduğu halda, İvanaşvili höküməti ölkədə tam siyasi və iqtisadi kontrola sahib deyil. Saakaşvili sadəcə parlament seşkilərini uduzub, lakin bir prezident olaraq vəzifəsini hələ icra edir. Və onun əlində parlamenti buraxmaq kimi bir güclü silah var. Hətta bəzi ekspertlər onun bu variantdan istifadə edəcəyi ehtimalına üstünlük verirlər. Görünən odur ki, ölkədə bir güc bərabərliyi var. İvanişvili tərəfindən atılan hər sərt addım eyni sərtliklə qarşılaşa bilər. Bu dirənişi zəiflətmək üçün hökümət daha repressiv metodlara da baş vura bilər ki, bu yeni bir vətəndaş qarşıdurmasına səbəb olacaqdır. Bu da seçkiləri ilk dəfə demokratik bir şəkildə tamamlamış və imicinə müsbət divident qatmış Gürcüstanı təhlükəli xaotik bir şəraitə aparar. Onsuz da iqtisadi problemlərlə üz-üzə olan bu ölkədə bir də siyasi böhran artarsa, o zaman torpaqlarının bir hissəsi işğal altında olan Gürcüstanın müstəqilliyi belə təhlükə altina girmiş olacaqdır. Bu da eyni zamanda bölgə üçün yenə təhlükələrin yaranması deməkdir. Ümid edəlim ki, Gürcüstanın siyasiləri prosesləri doğru dəyərləndirib, hadisələrin bu şəkildə inkişafına izn verməzlər. Gürcü tərəfi daha əvvəllər də Abxaziya üzərindən nəqliyyat yolunun açılması təkliflərini irəli sürmüşdü. Lakin gürcü tərəfinin o zamanki tələbləri Gürcüstanın nüfuzunun artacağı narahatlığıyla Abxazlar tərəfindən rədd edilmişdi. Digər tərəfdən Gürcüstanın Rusiya ilə əlaqələrini necə normala salacağı haqda dəqiq bir plana sahib deyil. Təbii k, belə olduğu halda Rusiyanın bu mövzuya çox da isti baxacağı imkansız görünür. Bir ehtimal da, Abxaziyanın müstəqilliyini tanıyan Rusiya bu məsələ ilə əlaqədar danışıqlarda tərəf müqabil olaraq Abxazları önə çəkə bilər ki, bu da rəsmi Tiflisin onların müstəqilliklərini de-yuri tanıması kimi şərh edilər. Bu baxımdan hələ tam siyasi gücə sahib olmayan, yeni gürcü hökumətinin qısa bir müddət içində Abxazlar ilə eyni masa arxasında oturması çox həqiqətə uyğun deyil. Digər tərəfdən, bu gün Gürcüstanın ən yaxın müttəfiqi sayılan Azərbaycanın da bu mövzuya çox isti baxacağı imkansızdır. Torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu həll prosesində öz iqtisadi gücünü istifadə edərək, Ermənistanı geri çəkilməyə zorlamaqdadır. Abxaziya dəmir yolunun açılması iqtisadi çətinliklərlə boğuşan Ermənistanın əsas müttəfiqi Rusiya ilə birbaşa əlaqəsinin olması deməkdir. Bu isə Azərbaycanın işinə yaramaz. Bu işdən sadəcə Ermənistan daha karlı çixacaq. Qatar yolunun açılması ilə ermənilər şimaldakı hamisi Rusiya ilə birbaşa iqtisadi və hərbi nəqliyyat bağlarına sahib olacaq. - Bəzi analitiklər belə hesab edirlər ki, baş verənlər onu göstərir ki, Amerika Gürcüstanı Rusiyaya qurban verdi? - Mən tam olaraq belə ifadə etməzdim. Sadəcə 2008-ci il 8 avqust Rusiya-Gürcüstan müharibəsi də sübut etdə kə, nə ABŞ-ın, xüsusilə də Avropa Birliyinin Cənubə Qafqazla bağlı tam aydın bir proqramı yoxdur. Dünya iqtisadi böhranı isə bu ölkələri daha çox öz problemlərinə yönəltdi. Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların durma nöqtəsinə gəlməsi buna ən gözəl nümunədir. Hazırda yaranacaq hər hansə bir böhran vəziyyətində ABŞ və Aİ nə reaksiya verəcəyini vəya edəcəyini proqnozlaşdırmaq olduqca qəlizdir. Rusiyanın bölgədə artan fəallığı da bundan qaynaqlanır. Türkiyə isə hər zamankı kimi gözləmə mövqeyindədir. Prosesləri tam olaraq düzgün dəyərləndirə bilmir. Həm də bölgədə Rusiya ilə baş-başa qalaraq onunla yeni bir qarşıdurmaya girmək istəmir. Amma hadisələrin indiki gedişatı onu göstərir ki, Saakaşvilini Rusiyanın qazına qurban verənlər vəya onun demokratik yeniliklərinə təhlükə olaraq baxanlar, onun hakimiyyətdən uzaqlaşmasına sevinənlər, çox qısa bir zaman kəsimində nə qədər yanıldıqlarını anlayacaqlar. - Ümumiyyətlə, cərəyan edən hadisələrdən Ermənistandan hansısa divident qazanırmı? - Bu işdən ən qazanclı çıxacaq ölkə Ermənistan olacaq. Məhz bu səbəbdən erməni analitiklər xüsusi canfəşanlıq edirlər. Abxazya üzərində qatar yolunun açılması, yürütdüyü təcavüzkar və işğalçı xarici siyasət nəticəsində qonşuları ilə problem yaşayan erməni dövlətinin Rusiya yolunu açacaq. Digər tərəfdən Rusiyanın Ermənistanda 102 saylı hərbi baza var. 1992-ci ildən etibarən, yəni İngur çayı üzərində körpü patlatıldıqdan və Abxaziya ilə Gürcüstan arasında dəmir yolu kəsildikdən sonra, Cənubi Qafqazdakı rus hərbi hissələrinə sövqiyyat Gürcüstanın Poti və Batumi limanları üzərindən həyata keçirilirdi. Müharibədən sonra bu yol da bağlanmış və Rusiya öz hərbi sövkiyyatlarını ya hava yolu ilə ya da çox çətin yol olan və uzun sürən İran üzərindən həyata keçirir. Abxaz qatar yolunun açılması ilə xüsusilə “Ərəb baharı” təsiri ilə Şimali Qafqazda hərbi varlığını artıran, eyni zamanda Ermənistana da ciddi hərbi sursat daşıyan və kapital qoyan Rusiya, öz hərbi bazasına birbaşa və xərci az nəqliyyat yolu əldə etmiş olacaq. Bu isə bölgədə Rusiya əsgəri varlığının daha da güclənməsi deməkdir. Digər tərəfdən, həm Ermənistan, həm də Rusiya bu yolun açılmasını eyni zamanda özləri üçün bölgədəki dəyişim prosesi olaraq da görürlər. Xüsusilə Ermənistan bu yolun açılmasını iqtisadi mühasirənin yarılması olaraq qiymətləndirir. İdxalat və ixracatının 70 %-i Gürcüstanın Poti və Batumi limanından reallaşan Ermənistan bu yolla daha rahat iqtisadi bağlantı yolu da əldə etmiş olacaq. Eyni zamanda ermənilər bu vəziyyətin onlar üçün daha müsbət olacağını düşünərək, Türkiyə ilə Ermənistan arasındakı imzalanmış protokolların yenidən gündəmə gələcəyini və onların lehinə həll olunacağını ifadə edirlər. - Bəs, bu proseslərin fonunda Gürcüstan-Azərbaycan münasibətlərində hansısa gərginlik gözlənilirmi? - Daha əvvəl də ifadə etdiyim kimi, Gürcüstanın Azərbaycan üçün əhəmiyyəti yalnız iki olkə arasında mövcud olan iqtisadi munasibətlərlə əlaqədar deyil, eyni zamanda bu ölkənin geopolitik mövqeyi hər iki dövlət üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən siyasi istiqrarlı müstəqil Gürcüstanın mövcüdluğu Azərbaycanın müstəqilliyinin iqtisadi təminatı üçün çox vacib amildir. Eyni zamanda, Azərbaycan şirkətləri Gürcüstana irihəcmli investisiyalar (yatırımlar) yatırmaqdadır. Qoyulmuş bu investisiyaların təhlükəsizliyinin təminatı da Azərbaycan üçün cox vacibdir. Bu reallıqlar nəzərə alınaraq bölgədə nəhəng layihələr reallaşır və reallaşmaqdadır: Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti tikilib istifadəyə verilmiş, Bakı-Tbilisı-Qars dəmir yolu xətti də inşa edilməkdədir. Görünən odur ki, Azərbaycanın Gürcüstanda həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər maraqları mövcuddur və Gürcüstanda ehtimal oluna biləcək qeyri-sabitlik Azərbaycanın maraqlarına birbaşa təsir göstərəcəkdir. Bütün bunlar onu göstərir ki, bəzi düşüncələrini reallaşdırmaq yeni gürcü hökuməti üçün o qədər də asan olmayacaq. Qeyd etdiyimiz kimi, hazırda iqtisadi və enerji baxımından Azərbaycan və Türkiyədən asılı vəziyyətdə olan Gürcüstanın, Rusiya ilə əlaqələr tamamən qopduqdan sonra, bu iki ölkəyə olan ehtiyacı daha da artmışdır. Ona görə də, həm Azərbaycanı, həm də Türkiyəni razı salmadan belə bir işə girişmək onsuz da iqtisadi çətinliklərlə qarşı-qarşıya qalan bu ölkəni daha da çətin vəziyyətə sala bilər. Digər tərəfdən dəniz yolu çıxışına sahib olan və Rusiya ilə həm iqtisadi, həm siyasi cəhətdən bir bağlılıq içərisində olan Abxaziyanın gürcü tərəfinin bu təklifinə müsbət baxacağı heç də məntiqli görünmür. Buradan qazanclı görünən tək ölkə Ermənistandır. Və nəhayət, əgər Şimal dəmir yolu açılarsa və bu layihə reallaşarsa Rusiyanın bölgədəki hərbi gücünün sürətli artışı qaçılmaz olacaq. Kənardan bölgəyə hərbi gücün nəqli isə onsuz da gərgin olan mühitin daha da gərginləşməsinə, dondurulmuş münaqişələrin yenidən alovlanmasına səbəb ola bilər. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın varlığı və güclənməsi bölgəmizdə yaşanan geopolitik gedişatın təzahürüdür. Bu əməkdaşlıq isə regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etməkdədir. Elnur Eltürk Geri dön |