Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Türkiyənin bölgəyə gəlişi sürətləndirilməlidir və qardaş ölkənin silahlı qüvvələri Xankəndinə yerləşdirilməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Türkiyənin bölgəyə gəlişi sürətləndirilməlidir və qardaş ölkənin silahlı qüvvələri Xankəndinə yerləşdirilməlidir”

Fərəc Quliyev: “Türkiyənin bölgəyə gəlişi sürətləndirilməlidir və qardaş ölkənin silahlı qüvvələri Xankəndinə yerləşdirilməlidir”


“Kəlbəcərdən çıxarılan ermənilər Xankəndində yerləşdirilə bilməz”

Qələbə ilə bitən II Qarabağ savaşı və ondan sonra başlayan diplomatik prosesdə vətəndaşları düşündürən, cəmiyyəti narahat edən bir sıra məqamlar var ki, onlara Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında aydınlıq gətirib.

- Fərəc bəy, bir neçə saatdan sonra Kəlbəcər ermənilərdən geri alınacaq. Sizcə ermənilər yenidən vaxt istəyə bilərlərmi?

- Ermənilərə bu məsələdə vaxt tanımaq məqsədəuyğun deyil. Çünki ermənilər Azərbaycandan vaxt istəyəndə onlar “yox” cavabı gözləyirdilər. Azərbaycan tərəfi də bunu bildiyi üçün qərara aldı ki, onlara yox deməsin. Ona görə ki, sonradan başqa məsələlər gözlənilirdi. Səs salmaq istəyirdilər ki, ermənilər mühasirədə qaldı, burada humanitar fəlakət oldu və sair. Fərqli məsələlər ortaya qoyacaqdılar, plan bu idi. Verilən vaxtdan istifadə edib evləri yandırdılar, təbiəti məhv etdilər, müəyyən mədənlərdə avadanlıqları sıradan çıxartdılar. Hələ mədənlərin minalanması məsələsi də mümkündür. Azərbaycan Ordusu Kəlbəcərə daxil olanda bunları nəzərə almalıdır. Amma bundan sonrakı mərhələdə Rusiya ordusunun sülhməramlı missiyadan başqa, digər məsələlərə müdaxilə etməmələri bir daha onlara bildirilməlidir. Onlar olduqları ərazilər ki var, ermənilərdən alınıb bizə veriləcək, orada vandalizmin qarşısını almağı da rusların qarşılarına şərt kimi qoymaq lazımdır. Çünki Azərbaycan tərəfi azad etdiyi ərazilərdən erməniləri çıxaranda onların ayaqqabılarını geyinməyə belə zamanlarə çatmadı. Bəziləri meyitlərini ortada qoyub, qaçdılar.

Çünki ordumuz qəfil hücuma keçib, ərazilərimizi sürətlə azad edirdi. Artıq ermənilərdən təmizlənmiş yerlərdə ciddi nəzarət olmalıdır. Həmçinin başqa rayonlardan çıxarılan ermənilərin yenidən Xankəndinə yerləşdirilməsinin qarşısını almalıyıq. Laçın dəhlizində Azərbaycan tərəfinin bir polis postu olmalıdır, sülhməramlılar da paralel olaraq öz işini görməlidir. əgər bizim ərazilərimizdən çıxarılan ermənilər silahını yerə qoyduqdan sonra, terrorist kimi Xankəndinə gedirsə, bu qəbuledilməz məsələdir. Məndə olan məlumata görə, Kəlbəcərdən çıxarılmış bir çox erməniləri yenidən başqa formada Xankəndinə və ərtaf ərazilərə qaytarırlar.

Xankəndinin özündən də erməni silahlıları çıxarılmalıdır. Çünki protokolda göstərilir ki, erməni silahlı birləşmələri birmənalı şəkildə Azərbaycan ərazisini tərk etməlidirlər. Sülhməramlı qüvvə kimi gəlmiş Rusiya hərbçilərinin prezidenti də bildirdi ki, Azərbaycan ərazisi deyəndə Dağlıq Qarabağ və ətrafındakı rayonlar nəzərdə tutulur. Bu ərzilər birmənalı şəkildə Azərbaycanın əraziləridir. Bu ərazinin birini tərk edən ermənilər gəlib digərində yerləşdirilə bilməz, yəni Xankəndinə gedə bilməz. Sülhməramlılar da öz missiyasını dəqiq bilməlidir. Mülki idarəetməyə, infrastruktur qurulmasına, onların pasportlaşmasına, ermənilərin yerləşdirilməsinə müdaxilə etməməlidirilər. Bu bir daha onlara çatdırılmalıdır.

- Müharibə bitsə də, ermənilərin yerləşdirdiyi minalara görə itkilər veririk. Sizcə, Azərbaycan tərəfi minalanmış ərazilərin xəritəsinin alınması üçün Ermənistana təzyiq etməlidirmi?

- Tamamilə doğru qeyd edirsiniz. Müharibə başlayarkən, mən BMT-nin Bakı nümayəndəliyinə və baş katibinə bir müraciət göndərmişdim ki, Azərbaycan tərəfi əslində 4 qətnamənin həyata keçirilməsi ilə məşğuldur. Zəhmət çəkib bu proqramın maliyyə tərəflərini, ərazinin minalardan təmizlənməsini, infrastrukturun bərpası və humanitar fəlakətin aradan qaldırılmasının xərclərini ödəyin, bu işləri boynunuza götürün. Azərbaycanın Xarici İşlər Nazirliyi çalışmalıdır ki, bu işləri BMT-nin boynuna qoysun. Çünki dünyanın hər yerində bu işləri onlar görürlər. Azərbaycan 30 ildir humanitar fəlakətlə üz-üzədir, 30 ildir dövlətimiz 1 milyon qaçqın və məcburi köçkünü saxlayır, 1 qəpik bizə kömək etməyiblər. Sülhməramlılar gəliblərsə, orada minaların yerləşdirilməsinə imkan verməməlidirlər. İnterpol vasitəsilə axtarışa verilən ermənilər var. Onlar tutulub məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan polisi, təhükəsizlik qüvvələri o ərazidə öz işini görməli və onları zərərsizləşdirməlidirlər. Minaların təmizlənməsi üçün isə həmin əraziyə beynəlxalq missiya gəlməlidir. Təkcə Azərbaycanın minatəmizləyənləri yetərli deyil. Sabah həmin ərazilərdə tikinti aparılacaq, iş görüləcək. O minalar bütövlükdə çox böyük təhlükədir. Ermənilərin ərazilərimizi minalamasının qarşısı alınmalıdır.

Ya hərbçilərimiz bu prosesə nəzarət etməlidir, ya da minatəmizləyənlərin orada fəaliyyəti təşkil edilməlidir. Sülhməramlılar nəinki bu prosesə mane olmur, sanki şərait yaradırlar. Bunların qarşısını almaq üçün inzibati tədbirlər görülməlidir. Protokollara əməl etməyəcəklərsə, başqa tələblər ortaya çıxacaq. Çünki bəyənatda deyilir ki, bütün silahlar və silahlı qüvvələr çıxsın. Minalar həmin silahlara aid deyilmi? Onları basdırırlarsa, bu qaydaları pozmaqdır və təcili tədbilər görülməlidir.

“Sülhməramlılar öz missiyasından kənara çıxmamalıdır”

Kəlbəcər və başqa rayonlardan çıxan ermənilər oranın yerli sakinləri deyil, sonradan yerləşdirilən, xaricdən gətirilən ermənilərdir. O gedənlər ona görə evlərini dağıdırlar ki, bura onların deyil. Qədimdən oraya yerləşdirilən ermənilərin sayı o qədər də çox deyil. Ümumiyyətlə, ermənilər cəmi 200 ildir ki, həmin bölgəyə gəliblər. Sənədlərə baxılmalıdır və 1988-ci ilə qədər orada doğulanlar və onların övladları qayıda bilər. Haradansa erməniləri Kəlbəcərə yerləşdiriblərsə, indi onları çıxarıb Xankəndinə aparmaq tamamilə yanlışdır. Orada idarəetmə və nəzarət Azərbaycan dövlətinin əlində olacaq. Rus sülhməramlıları əgər öz missiyalarından əlavə hər hansı məsələyə müdaxilə edəcəklərsə, bu Azərbaycanın süverenliyinə müdaxilə sayılır. Onlar yalnız iki etnos arasındakı münasibətlərə diqqət etməlidirlər ki, münaqişə, toqquşma olmasın.

- Ermənilərin Xankəndi və ətraf rayonlarda yerləşdirilməsinə necə nəzarət olunmalıdır?

- Xankəndinə ermənilər qaytarılacaqsa, azərbaycanlılar da qaytarılmalıdır və proporsionallıq qorunmalıdır. İkinci məsələ, qayıtma məqamında Rusiya hərbçiləri kimi istəsə qaytara bilməz. Azərbaycanın müvafiq qurumları gələn adamları filtrizasiyadan keçirməli, pasportlaşdırmalı və yoxlamalıdırlar. ASALA-nın üzvlərini təmizlənməlidir. Yazılar əvvəlcə Azərbaycan dilində, sonra erməni dilində yazılmalıdır. Azərbaycan bayrağı qaldırılmalı, ermənilərin bez parçası oradan yığışdırılmalıdır. Bu məsələlər Ermənistanla danışılmamalıdır. Bura Azərbaycan ərazisidir, bu məsələlər yalnız Azərbaycan prezidenti ilə danışıla bilər. Rusiya sülhməramlıların iddiaları həddini aşarsa, bu işğal sayıla bilər və biz onların ölkəmizdən çıxıb getməsini tələb edə bilərik. Azərbaycan hakimiyyətinin həmin ərazilərdə bütün strukturları qurulmalıdır, gələn ermənilərin bütün sənədləri yoxlanılmalıdır, onlara Azərbaycan pasportu verilməlidir. Kimsə Rusiyanın, Ermənistanın və ya qondarma qurumun pasportu ilə yaşayacaqsa, miqrasiya qanunlarına uyğun olaraq, oradan çıxarılacaq. Bunu bütün mediada deməliyik ki, ermənilər də oxusunlar və bilsinlər. Azərbaycanın qırmızı xətləri var , heç kim onu keçə bilməz, heç kim də ermənilərin arxasında dura bilməz. Biz indi 90-cı illərin Azərbaycanı deyilik. Ərazi bütövlüyümüzü, suverenliyimizi heç kimə verməmişik. Sadəcə ilk illərdə iki etnos arasında münaqişə yaranmasın deyə, sülhməramlılara icazə vermişik. Mülki idarəetmə birmənalı şəkildə azərbaycanlılarda olmalıdır.

- Türkiyədən sülhməramlıların gəlməsi bu prosesə necə təsir edəcək? Sülh sazişində daha hansı bəndlər olmalıdır?

- Əvvəla bu günə olan sənəd sülh sazişi deyil, sadəcə bəyənatıdır. Burada Türkiyə sülhməramlılarının gəlməsi də nəzərdə tutulur, ancaq Rusiya bu məqamda o qədər də maraqlı deyil. Əvvəl bu sənədə qarşı çıxan Fransanın son zamanlar fəallaşmasınn çox dərin səbəbləri var. Fransa və digərləri çalışırlar ki, artıq tarixə gömülmüş Minsk qrupu adı altında yenidən fəaliyyətə başlamaqla Türkiyəni oyundan çıxartsınlar, bu dövlətin bölgəyə gəlməsinin qarşısını alsınlar. Çünki savaş başlayandan bəri Türkiyənin bu münaqişənin həllində rolu artıb və Lavrovun dili ilə desək, Türkiyə nəinki bölgə gücüdür, həm də dünyada böyük gücdür. Bu oyunların başında Türkiyəni bu məsələdən uzaqlaşdırmaq durur. Türkiyənin bölgəyə gəlişi sürətləndirilməlidir və qardaş ölkənin silahlı qüvvələri Xankəndinə yerləşdirilməlidir. Bu ərazilər bizimdir və biz bilərik Türkiyə silahlı qüvvələrini harada yerləşdirərik. Ermənilər əsasən Xankəndinə məskunlaşdığına görə və azərbaycanlıların da böyük bir hissəsinin burada yerləşdirilməsi təhlükə doğurduğu üçün Türkiyə hərbçiləri də burada olmalıdıdır. Türkiyə silahlı qüvvələrini aparıb Lənkəranda yerləşdirə bilmərik ki... Say məsələsinə gəlincə, təzkərə qanununa görə, burada sayın Ərdoğana səlahiyyət verilib ki, istənilən sayı müəyyənləşdirsin. Azərbaycanın Türkiyəyə etimadı tamdır. Türkiyə bölgədə istədiyi qədər əsgərini yerləşdirə bilər, biz onların qulluğundayıq. Rusiya-Ermənistan ortaq ordusu yaradıla bilirsə, Gümrüdə baza yarada bilirlərsə, Azərbaycan da müttəfiqini özü seçir. Putin özü dedi ki, müttəfiqini seçmək Azərbaycanın öz işidir. Biz öz göbəyimizi özümüz kəsirik. Bizim heç erməni əsilli vətəndaşlarımızın üçüncü qüvvə tərəfindən qorunmasına da ehtiyacımız yoxdur. Gəncəyə atılan raket zamanı yaralanan erməni qadını şəhid verən Türk öz qollarında təcili yardıma apardı. Bu gün ölkədə minlərlə erməni yaşayır, Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır, kim onlara bir kəlmə söz deyir. Bizim qanunlara əməl edən, vətəndaşlığımızı qəbul edən ermənilər burada yaşaya bilərlər. Ancaq terror və cinayət törədibsə, separatçılıq edibsə etnosundan asılı olmayaraq məsuliyyət daşımalıdır. Bəzən cəmiyyətdə deyirlər ki, bu məsələlərə toxunmayaq, üstündən keçək. Ancaq susqunluq prezidentin siyasətinə ziddir. Biz bunu deməliyik ki, prezident də danışıqlarda dilə gətirsin ki, Azərbaycan cəmiyyətində bu məsələrə təpki var, xalq bu məsələləri istəmir, sabah sizi buradan qova bilərlər. Susmaqla, üstündən keçməklə məsələ həll olunmur. Azərbaycan ordusu öz işini görüb. İndi vəziyyəti normallaşdırmaq üçün Türkiyə ordusu ilə bağlı məsələni sürətləndirmək lazımdır.

- İşğal altındakı ərazilərimizin böyük hissəsinin danışıqlar yolu ilə qaytarılmasını necə dəyərləndirirsiniz?

Biz başda Ali Baş Komandan və şanlı Ordumuz olmaqla biz möhtəşəm bir qələbə qazanmışıq. Bütün xalqımız rəşadət göstərdi. Bizim qələbəmizi artıq bütün dünya öyrəməyə çalışır. 6 ay öncə kim düşünərdi ki, Paşinyan yallı getdiyi yerdə Azərbaycan əsgəri yallı gedəcək. Ağdamın, Kəlbəcərin, Laçının dinc yolla qaytarılması mühüm əhəmiyyət kəsb edir. Ağdamın çox böyük müdafiə xətti var. Kəlbəcərdə mən döyüşmüşəm, orda elə mövqelər var ki, ermənilər kiçik bir qüvvə ilə bizim qarşımızda xeyli dayana bilərdilər. Onların silahlı qüvvələri bizim hərbçilərimizdən daha yaxşı manevr edə bilərdilər. Bu əraziləri şəhid vermədən almağımız avantajımızdır. İndiyə qədərki proses çox möhtəşəmdir, diplomatik və hərbi qələbəmizin nəticəsidir. Mənim indi dediyim əsas məsələ Rusiya sülhməramlılarının öz missiyasından kənara çıxmamasıdır, suveren hüquqlarımıza hörmətsizlik etməməsidir. Hərbi proses dayandıqdan sonra, çox amansız diplomatik savaş gedir. Bu prosesdə əldə etdiyimiz nailiyyətləri qorumalıyıq.

Nərgiz LİFTİYEVA/“Yeni Müsavat”

Geri dön