Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monte Melkonyanı o öldürüb və NÖQTƏ - Terrorçunun məhvinə dair yeni SƏNƏD - FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Monte Melkonyanı o öldürüb və NÖQTƏ - Terrorçunun məhvinə dair yeni SƏNƏD - FOTO

Monte Melkonyanı o öldürüb və NÖQTƏ - Terrorçunun məhvinə dair yeni SƏNƏD - FOTO


Görəsən, Azərbaycan ordusunun zabiti hardasa səsləndirdiyi fikirləri erməni saytlarında görəndə və görəndə ki, bu fikirlər elə onun təmsil etdiyi orduya, həmin ordunun müdafiəsində dayandığı dövlətə, millətə, nəhayət Vətənə qarşı istifadə olunur, onda o, özünü necə hiss edir?

Bu sual məndə təsadüfən yaranmadı. Üzün müddət mətbuatda çalışdığım müddətdə çox yaxşı bilirdim ki, Milli Ordumuzda və Azərbaycanın Müdafiə Nazirliyində çalışan hərbçilərimiz bu strukturun mətbuat xidmətində icazə almadan müsahibə verəbilməzlər. Dünyanın bütün dövlətlərində belədir. Azərbaycan da istisna deyil. Bu, normal haldır. Müdafiə Nazirliyi məxfi struktur olduğundan onun barəsində mətbuata çıxan hər bir söz, hər bir cümlə razılaşdırılmalı, ölçülüb-biçilməlidir. Xüsusilə də ona görə ki, Azərbaycan Ermənistan kimi dövlətlə müharibə vəziyyətindədir və özünün Milli Təhlükəsizlik Konsepsiyasında, həmçinin hərbi doktrinasında Ermənistanı rəsmən düşmən ölkə adlandırıb. Lakin...

Görəsən, dövran dəyişib, yoxsa Müdafiə Nazirliyi öz zabitlərinin mətbuatla əlaqələrinə biganə yanaşmağa başlayıb? Şəxsən mən, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətilə informasiya əldə etmək məqsədilə əlaqə saxlamış bir jurnalist kimi əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrimizdə Xətai Baxışov adında polkovnikin xidmət etdiyini bilmirdim. Haradan öyrəndim? Erməni saytından (http://k4500.com/news/2235-falsifikacii-azeragitpropa-o-gibeli-monte.html). Təbii ki, o sayt bu məlumatı internetdən, azərbaycan saytlarından, sonuncular isə, öz növbəsində, bu barədə mənbədən, yəni Xətai Baxışovun özündən öyrəniblər. Buna ona görə əminəm ki, erməni saytında Azərbaycan Milli Ordusunun polkovniki Xətai Baxışovun düşmən ölkənin maraqlarına birbaşa xidmət edən sözləri dərc olunub. Müsahibənin mahiyyəti barədə bir qədər sonra…

Hələlik isə, məndə başqa suallar yaranır: yəni, Müdafiə Nazirliyində polkovniklərə mətbuatla əlaqələrin qurulmasında bu qədər azadlıq verilib? Biz haradan bilək ki, Xətai Baxışov öz müsahibəsilə erməni xüsusi xidmət orqanlarına məxfi mesajlar ötürməyib? Bəlkə də bunu oxuyanlar güləcək, “boş-boğazlıqdır” deyəcək. Amma vurğulamaq istərdim ki, kəşfiyyat dili çox, inanılmaz dərəcədə qəliz dildir. Xüsusi xidmət orqanı elə ona görə belə adlandırılıb ki, bu və ya digər məxfi əməliyyatın məhz onlar tərəfindən keçirildiyinə heç kim inanmasın.
Misal: “Soyuq müharibə” dövründə “KQB”nin keçirdiyi əməliyyat nəticəsində Kim Filbi adlı sovet casusu az qala Böyük Britaniyanın Mİ-5 kəşfiyyatının rəhbəri vəzifəsinə qədər yüksələcəkmiş. Sırf təsadüf nəticəsində o, ifşa olunur. Lakin Britaniya kəşfiyyatı özünü biabır etməmək üçün Kim Filbini azad buraxır və onu sovetlərə təhvil verir.
Mən qətiyyən Xətai Baxışovu Kim Filbi ilə eyniləşdirmək istəməzdim. Səviyyələr fərqlidir. Amma erməni saytından öyrəndiyim məlumata görə, Xətai Baxışov həm də “Azərbaycan Bayrağı” ordenli hərbçidir. Əla. Fəxr edə bilərik. Lakin erməni saytının Xətai Baxışova sanki bir erməni zabitinə istinad edirmiş kimi istinad etməsi, bizi, cənab polkovnikin keçmişi ilə bağlı bütün ülvi hisslərimizi arxa plana atmağa məcbur edir, ön sıraya isə “bəlkə bütün bunlar pərdədir, bəlkə bu pərdənin arxasında başqa, göründüyü kimi, düşmənin niyyətləri dayanıb” versiyalarını irəli sürməyə əsas verir.

Digər tərəfdən, artıq hamı bilir ki, xüsusi xidmət orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri düşmən ölkədə ictimai rəyi öz xeyrinə dəyişdirməkdir.
İnternetdə rast gəldiyim məqalənin adı belədir:
“ФАЛЬСИФИКАЦИИ АЗЕРАГИТПРОПА О ГИБЕЛИ МОНТЕ МЕЛКОНЯНА: Азербайджанские ветераны войны разгромили фальсификации Азагитпропа о гибели Монте Мелконяна”.

O məqalədə bir sıra keçmiş döyüşçü, o cümlədən Xətai Baxışov, “ASALA” beynəlxalq terror şəbəkəsinin rəhbərlərindən biri Monte Melkonyanın Azərbaycan əsgəri, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov tərəfindən öldürülməsini cəfəngiyyat adlandırır. Üstəlik də əlavə edirlər ki, İbad haqqında çəkilmiş “Əsgər” filmində Montenin ölümü ilə bağlı faktlar təhrif olunub. Ermənilər üçün bundan da gözəl əsas?! Kim deyib? Azərbaycan hərbçiləri! Kim deyib? Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Xətai Baxışov! Kimə istinadən? Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” kitabına istinadən!

Yenə də sual yaranır: görəsən, Milli Ordumuzun zabiti Xətai Baxışov Markar Melkonyanın “Qardaşımın yolu” kitabındakı bütün faktlara inanır? O kitabda yazılıb ki, Qaradağlı, Xocalı və digər dinc yaşayış məntəqələrində törədilmiş qətliamların müəllifi Monte Melkonyan deyil, guya, Monte Qaradağlıda, Xocalıda qətliamların törədilməsinin qəti əleyhinə olub. O kitabda ümumiyyətlə, Melkonyan terroçu adlandırılmır. Markar Melkonyana görə, Monte mələk olub. Qardaşıdır axı. İndi belə çıxır ki, Baxışov Markar Melkonyanla həmrəydir. Nə deyim, nə yazım? Və, ən əsası: nə düşünüm?

Hələ bu azmış kimi, ermənilərin Montenin dəfni ilə bağlı mərasimdən fotoşəkilə də istinad edirlər.

Günlərin birində internetdə ermənilərlə “qırğında” idim. Çox söhbətlərdən sonra yazdım ki, sizin iki milli qəhrəmanınız var. Birinin qulağı, digərinin başı yoxdu. Cavab yazdı ki, haradan bilirsən. Yazdım ki, gedin onun qəbrini açın və yoxlayın: ya başsız cəsəd görəcəksiniz, ya da gördüyünüz cəsəd Monte deyil. Vəssalam. Susdular. İndi ermənilər dünyanın dörd bir tərəfində Xocalı soyqırımının şəkillərini nümayiş etdirib deyirlər ki, azərbaycanlılar bizi belə qırıb. Buna da inanın, cənab polkovnik Xətai Baxışov.

Burada haşiyəyə çıxıb bir məsələni dəqiqləşdirməyi özümə borc bilirəm. Həqiqətən də, ermənilər uzun müddət Montenin İbad tərəfindən öldürüldüyünü danırdılar. Gah dedilər ki, maşında gədəndə BMP gülləsi dəyib, gah bəyan etdilər ki, Montenin paxıllığını çəkən ermənilər vurub, gah dedilər ki, minaya düşüb. Bir sözlə, hər ağızdan bir avaz. İbad Hüseynovun döyüş yolu haqqında “Əsgər” filmini çəkəndə isə ortaya bir sənəd qoyuldu.


Monte Melkonyanı o öldürüb və NÖQTƏ - Terrorçunun məhvinə dair yeni SƏNƏD - FOTO



Sənəddən göründüyü kimi, 224 N-li sənəd Monte Melkonyanın öldürülməsindən 16 gün sonra, 29 iyun 1993-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilb. Arxivdə var. Şübhələnənlər gedib yoxlaya bilər. Bundan sonra ermənilər susdu. Bir müddət keçdi və Monte Melkonyanın döyüşçülərindən olan Aşot Mirzoyan adlı erməninin internetdə etirafı peyda oldu. Tərcümə etmirəm ki, şübhələr yaranmasın:
“Монте Мелконян легендарный герой нашего народа. То, что он сделал для армянского народа мы навеки не забудем. Но он погиб. Перестаньте спекулировать вокруг темы смерти АВО! Он не был убит пришельцами из космоса. Он погиб от рук наших врагов. Но он не смог бы просить пощады у какого-то юного азербайджанского разведчика. Я очевидец того события. 12-го июня 1993-го года примерно в три часа днем нас подняли по тревоге. Мы окружили село Муганлы. Мы искали АВО. Несмотря на наши усилия, нам не удалось найти его. Он был найден через три дня, без головы. Он был убит рядом с местом, где нашли его тело. Мы не знаем, сколько их было. Мы нашли следы азербайджанского спецназа. Они хорошо замаскировали следы. Но как они вышли из окружения, до сих пор нам остается тайной”.

Erməni Azərbaycanın Müdafiə Nazirliyinin təqdim etdiyi sənədi təsdiqlədi. Kiçik də görünsə, bu, BÖYÜK QƏLƏBƏDİR. Yeri gəlmişkən, Mirzoyan erməni olsa da, Melkonyan adlı terrorçunun ilk döyüşçüsü idi ki, İbadı xüsusi təyinatlı adlandırırdı. Fəxr edə bilərik? Vətəni sevən hər kəs fəxr edə bilər və fəxr etməyə borcludur. Amma Xətai Baxışovun erməni saytında peyda olmuş müsahibəsində deyilir ki, xeyr, əsl həqiqət ermənilərin, konkret olaraq, Markar Melkonyanın dilindən səslənir. Görəsən, Xətai Baxışov bilirmi ki, hazırda Markarın rəhbərlik etdiyi “Meknonyan Fondu” Amerikadakı erməni diasporundan pul toplayıb Qarabağa göndərir? Görəsən, bilirmi ki, həmin pul işğal olunmuş Azərbaycan torpaqlarında süni olaraq yaradılan ikinci erməni dövlətinin qurulmasına xərclənir?

Hələ bu harasıdı ki.... İbad haqqında bir film də oldu. “Kəşfiyyatçı”. Orada İbadın daha bir əməliyyatı haqda söz açılır. Əsas kimi bu sənəd götürülüb.


Monte Melkonyanı o öldürüb və NÖQTƏ - Terrorçunun məhvinə dair yeni SƏNƏD - FOTO



Ardınca erməni Baqrat Mkrtçyan açıqlama ilə çıxış etdi. Yenə də tərcüməsiz təqdim edirəm:

“Мы до сих пор не можем простить себе то, случавшее, которое ранит нас, командиров и не понимаем как все это произашло. Для того чтобы защищаться от сел Мартунского района: Муганлы, Курапаткин, Амираллар, мы закопали окоп над горами, находящиеся рядом, с село Муганлы в котором огородились от азербайджанцев. Там же позади окопа построили комнату для отдыха. Управляющий Мартунского района и наш командир ночью подъехали, проверять окоп. Как только они зашли в комнату для отдыха, тут же услышали звуки взрывов. В окопе нас было трое, а все остальные были в комнате, попали на двоих, а меня ранили и я убежал раненым. В комнату бросали гранаты, погибли 10 человек в комнате и двое в окопе. Один из погибших наш командир был удостоен высшего звания НКР – «Герой Арцаха», с вручением ордена Золотой Орел и назвали его героем отечества Армении. Все погибшие на той нападении для нас были героями. Потому что они все были люди высшего звания. Да пусть земля будет им пухом. Потом мы узнали, что у азербайджанцев есть одна специальная рота и все это дело их рук. Они находились в селе Муганлы. Командир Монте Мелконян принял решение, что до чего бы, не обошло, мы должны отомстить за погибших. На этой операции он сам был управляющим. Аво сказал: мы должны поступить так, чтобы взять как можно больше пленников и целые техники.”

Şübhə var? Ola bilməz. Hər şey göz qabağındadır! Fəxr edə bilərik? Bəli, Vətəni sevən hər bir oğul, qız İBADLA FƏXR EDƏ BİLƏR! Amma...

Öz qəzetlərimizi oxuyarkən bir məqaləyə də rast gəldim. Mahiyyəti belə idi: “Monteni İbad öldürməyib, amma biz də öldürməmişik. Amma kimsə öldürüb, o da Azərbaycan əsgəri olub”. Bir şey başa düşə bilmədim, amma... “Həcər” adına hörmətim olduğundan yenə də özümü inandırmaq istədim ki, bu məqalə həqiqətdən bəhs edir. Birdən gördüm ki, özünü “Qarabağın Həcəri” adlandıran bir qadın deyir ki, Monte Melkonyanın rəhbərliyi altında Qaradağlıda soyqırım törətmiş “Arabo” dəstəsinin komandiri Manvel Yegiazaryan birinci Qarabağ müharibəsində öldürülüb. “Ay xanım, həmin Manvel indi İrəvanda yaşayır, özü də top kimidir. Hər halda internetdəki şəkillərindən belə görünür”. Bəlkə də o xanıma cavab verib onu peşiman etməyə dəyməzdi, lakin... Yalandan yalan doğur.

Bir generalımız da var. Çox hörmətli, nüfuzlu, adı dillər əzbəri olan cənab Talıb Məmmədov. O da bu kompaniyaya qoşulub və ya onu qoşublar. Bunu demək çətindir. O da Baxışovun dediyini deyir və hazırda o da erməni saytlarının kumirinə çevrilib. Lakin onu qınamıram. O, generaldır və öz sözlərini, hərəkətlərini tabeçiliyində olan polkovniklərin verdikləri məlumatlar əsasında dəqiqləşdirir, sonra meydana atılır. Görünür, cənab generalın bəxtinə Baxışov kimi polkovnik düşüb. Yalnız onu deyə bilərəm ki, paxıllıq etmirəm.

Beləliklə, nəticə. Hər kəs özü üçün bir nəticə çıxarmalıdır. Kiminsə yerinə nəticə çıxarmağa nə həvəsim var, nə də buna haqqım çatır. Etiraf edim ki, bu məqaləni yazmaq mənim üçün çox çətin oldu. Nə qədər də olmasa, qələmimin hədəfində erməni saytında adı peyda olmuş Azərbaycan ordusunun generalı, polkovniki və onların ətrafı idi. Lakin...

Bir həqiqət var: AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ, İLK NÖVBƏDƏ, ÖZÜ DAŞIDIĞI ADIN ŞƏRƏFİNİ, MÜQƏDDƏSLİYİNİ QORUMALIDIR. QORUMURSA, ONUN ADI NƏDİR? Bu suala hər kəs özü cavab versin. Mən isə onu deyə bilərəm ki, İbad Hüseynov birinci Qarabağ müharibəsində bir nöqtə idi. Amma o, çox vacib nöqtə idi. Monte Melkonyanın dostları, yəni ermənilərin dediyinə görə, həmin nöqtə ermənilərin belini qırdı və Melkonyanın, beynəlxalq terrorçunun Ermənistanın prezidenti olması şansını əlindən aldı. Mən belə ermənilərə inanıram. Nöqtə.

Etibar Məmmədov

Geri dön