Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynanın Nazirlər Kabineti Yeni il bayramı ərəfəsində karantin rejimini sərtləşdirə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynanın Nazirlər Kabineti Yeni il bayramı ərəfəsində karantin rejimini sərtləşdirə bilər

Ukraynanın Nazirlər Kabineti Yeni il bayramı ərəfəsində karantin rejimini sərtləşdirə bilər


Ukrayna Nazirlər Kabineti ölkədə koronovirusla bağlı vəziyyətin inkişafının bütün mümkün ssenarilərinə, o cümlədən yeni il bayramları zamanı karantin rejiminin sərtləşdirilməsinə hazırlaşır.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

O hazırda bütün Ukraynanın “narıncı” zonaya alındığını, ölkə ərazisində karantin rejiminin qüvvədə olduğunu qeyd edib. Bu, sərt karantin tədbirləri və məhdudiyyətləri müqabilində ölçülüb-biçilmiş alternativd bir addımdır. Lakin bununla belə, hazırda hökumət bütün mövcud ssenariləri, o cümlədən, qış bayramları ərəfəsində karantin rejiminin tətbiq olunmasının zəruriliyini nəzərdən keçirir.

Xatırladaq ki, bundan əvvəl Baş nazir qeyd etmişdi ki, indi söhbət Ukraynada daha sərt tədbirlərin tətbiq olunmasından getmir. Hökumət gizlətmir və açıq şəkildə bildirir ki, ölkədə koronavirusla bağlı vəziyyətin gərginləşməsi müvafiq tədbirlərin görülməsini tələb edir. Amma bu addımlar insanlar və biznes üçün təbii ki, aydın və proqnozlaşdırıla bilən olmalıdır.

Geri dön