Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran nüvəyə silahına çox yaxınlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Tehran nüvəyə silahına çox yaxınlaşıb

Tehran nüvəyə silahına çox yaxınlaşıb


İranda həyata keçirilən nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı aparılan işlər çox sürətləndirilib.
Əl Cəzirə-nin yaydığı məlumata görə, Fordou nüvə mərkəzində sentrifuqaların quraşdırılmiası artıq başa çatıb. Bu isə İranda uranın zənginləşdirilməsi prosesinin intensivliyinin 2 dəfə artacağı deməkdir.

Beynəlxalq Atom Energetikası Agentliyinin (İAEA) yaydığı hesabatda bildirilir ki, Qum şəhərinin yaxınlığındakı dağlıq bölgədə qayalıqlarda ovularaq yer altında tikilmiş Fordou nüvə mərkəzində 2800 sentrifuqa quraşdırılıb.

İran artıq 233 kq uran zənginləşdirib.
Ekspertlər bildirirlər ki, bu, bir nüvə bombası üçün yetərlidir.

İAEA-nın ekspertlərindən biri Reuters-ə bildirib: "Şokdayıq! İran nüvə bombası istehsalına hər an başlaya bilər. Onlar artıq hazırdırlar!"

İAEA İranın nüvə proqramı haqqında hər üç aydan bir hesabat hazırlayır.

Əl Ərəbiyyə bildirir ki, ekspertlər və analitiklər agentliyin son hesabatının Qərbi şoka saldığını hesab edirlər.

O da maraqlıdır ki, ABŞ prezidenti Barak Obama son bəyanatlarından birində "məncə, İranın nüvə proqramı ilə bağlı problemin dinc danışıqlar yolu ilə həlli var" demişdi.

İAEA-nın hesabatından sonra rəsmi Vaşinqtonun hansı mövqe tutacağı gözlənilir.

Geri dön