Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda “Sepah”ın 19 pakistanlı muzdlusu həlak olub
İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda “Sepah”ın 19 pakistanlı muzdlusu həlak olub |
Bu barədə, mərkəzi qərargahı Londonda olan Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailə məxsus olduğu təxmin edilən qırıcılar sübh saatlarında Suriyanın Deyrəzzur əyalətinin Əlbu-Kamal məntəqəsinin yaxınlığında keçirdiyi hərbi hava hücumlarında “Sepah”ın pakistanlı şiə muzdlularının mövqeləri və onların hərbi qərargahları hədəfə alınıb. Yayılan məlumata əsasən, hava zərbələri nəticəsində əksəriyyəti “Zeynəbiyyun” briqadasının üzvlərindən olan ən azı 19 pakistanlı muzdlu həlak olub. Ölənlər arasında “Zeynəbiyyun” briqadasının 2 yüksək rütbəli komandirinin olduğu da bildirilir. Hava hücumunda həmçinin çoxlu sayda yaralı olduğu qeyd edilir. Rəsmi Tel-Əviv bununla bağlı yayılan məlumatlara hələ ki, hər hansı bir reaksiya verməyib. Xatırladaq ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub. Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər İran rejiminin Suriya hökümətinə yardım məqsədilə bu ölkəyə göndərdiyi minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə döyüşlərdə həlak olub. Ölənlərin isə əksəriyyətini İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan şiələrindən ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir. Geri dön |