Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vüqar Zifəroğlu: ”Rusiya daxilindəki xalqların problemlərinə diqqət ayırsa, daha məqsədəuyğun olardı”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Vüqar Zifəroğlu: ”Rusiya daxilindəki xalqların problemlərinə diqqət ayırsa, daha məqsədəuyğun olardı”- Müsahibə

Vüqar Zifəroğlu: ”Rusiya daxilindəki xalqların problemlərinə diqqət ayırsa, daha məqsədəuyğun olardı”- Müsahibə


Müsahibiz, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, geosiyasi analitik (təhlilçi) Dr. Vüqar Zifəroğludur.
- Vüqar bəy, son günlər bölücü “Savdal” təşkilatının fəallaşdığı haqda məlumatlar dolaşır. Sizcə, nə baş verir?
- Baxır siz “fəallaşma” dedikdə nəyi nəzərdə tutursunuz. Əgər siz ölkəmizdəki xarici ölkənin səfirinin həmin qruplaşmanın bəzi nümayəndələri ilə görüşünü və eləcə də həmin ölkədə bununla bağlı dərc olunan materialları nəzərdə tutursunuzsa, bu fəallaşmaqdan çox, kənar təsir ilə reanimasiya (ehya,təvanbəxşi) olunmağa bənzəyir. Bunun isə hər hansı bir nəticə verəcəyini güman etmək yersiz olardı. Azərbaycanda bütün etnoslar qardaşlıq və bərabərlik prinsipləri (ilkə, əsl) əsasında çiyin-çiyinə yaşayırlar və biz hamımız vahid Azərbaycan xalqını təmsil edirik. Bölücülərin hər hansı bir şəkildə, kənar təsir ilə olsa belə, nəyəsə nail olmaları mümkün deyil. Əsrlərdir biz qardaş kimi yaşamışıq, dərdimiz də, dostumuz da, düşmənimiz də bir olub və həmişə belə olacaq. Sadəcə bizim şimal qonşumuz artıq neçə yüz ildir ki, imperatorlarının “Parçala və hökm sür” siyasətini davam etdirməyə çalışır. Gürcüstanda müəyyən nailiyyət əldə etdikdən sonra onlar, oz müstəqil siyasəti və Qafqazdakı liderliyi ilə seçilən Azərbaycana da təsir imkanları əldə etmək niyyətindədirlər. Məncə bu gün şimal qonşumuz öz daxilindəki xalqların problemlərinə diqqət ayırsa daha məqsədəuyğun olardı. Əslində biz də, azərbaycanlılar olaraq qardaş qafqaz xalqlarının 300 ildən artıqdır sürən əsarət problemi ilə bağlı öz fikirlərimizi ortaya qoymalıyıq. Bununla bağlı elmi konfranslar keçirilməli və araşdırmalar aparılmalıdır. Məsələn, mənə hələ də maraqlıdır ki, bu Dərbənd necə, hansı müqavilə ilə, hansı hüquqi əsasla bu gün Rusiyanın tərkibindədir?
- Ümumiyyətlə, Rusiya Azərbaycanda hakimiyyətə öz adamını gətirə bilərmi?
- Xeyr, belə bir şey mümkün deyil. Bunu Rusiya texnoloqları (uzmanları) da gözəl anlayırlar. Azərbaycanda ruspərəst elektorat (ictimai taban) yoxdur. Digər tərəfdən Rusiya sadəcə dişlərini göstərməyə çalışır. İstər enerji, istər hərbi, istərsə də, Qəbələ RLS-lə bağlı məsələlərdə mövqelərimiz bir çox hallarda üst-üstə düşmür. Bilidiyiniz kimi, sonuncu məsələ ilə bağlı tərəflər arasında kəskin fikir ayrılıqları var və icarə müddəti bu il sona çatır. Rusiya heç bir halda RLS-i əldən vermək istəmir. Eyni zamanda bu gün Avropanın Rusiyadan enerji asılılığını azaldacaq Trans-xəzər təbii qaz layihəsinə, həm Azərbaycan, həm də Türkmənistan razılıq verib. Gələn il Türkmənistanda böyüklüyünə görə dünyada ikinci olacaq qaz yatağının istismarına start veriləcək. ABŞ (Amerika Birləşmiş Ştatları) Türkmənistan qazının bu yataqdan Avropaya və Asiyaya daşınmasını var gücü ilə müdafiə edir, Avropa Birliyi isə Türkmənistan və Azərbaycanla 300 km uzunluğunda olacaq trans-Xəzər qaz xəttinin çəkilişi istiqamətində danışıq aparır. Avropalılar müqaviləni mümkün qədər tez imzalamağa can atırlar. Rusiya isə buna qarşı şiddətlə müqavimət göstərir.
Həmçinin TANAP (Anadolu layihəsi) layihəsi ilə bağlı konkret (müşəxxəs) addımlar atılıb, NATO ilə əlaqələrimiz güclənir. Rusiya isə, nə siyasi, nə iqtisadi cəhətdən Qərb ilə rəqabət apara bilmir. Və ona görə də, ənənəvi tarixi üsullarına baş vururlar.
- Bəzi məlumatlara görə, 2013-ci ili Azərbaycanda gərgin il kimi proqnozlaşdırırlar (öngörürlər). Hətta, prezident bu günlərdə çıxışında da qeyd etdi ki, ölkəmizə qarşı təxribatlar cəhdlər artır. Prezident bununla nəyi demək istəyir?
- Azərbaycanın geosiyasi mövqeyi istənilən seçkilərin əhəmiyyətini daha da artırmış olur. Bu gün İran və Rusiyanın Azərbaycana münasibəti bəlli bir həqiqətdir və ortadadır. Təbii ki, seçkiqabağı bizim dövlətimizə münasibəti xoş olmayan xarici siyasi qüvvələr daxildə gərginlik yaratmağa cəhd göstərməyə çalışacaqlar. Prezidentimiz öz çıxışında bu məqamlara diqqət çəkir və xalqımızı belə məsələlərə həssaslıqla yanaşmağa dəvət edir. Biz də vətəndaş olaraq lazımi sayıqlığı göstərməli və dövlətin və millətin maraqlarının hər şeydən üstün olduğunu unutmamalıyıq.
Söhbətləşdi: Elnur Eltürk

Geri dön