Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər

Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər


Tarix boyu bir-birinə daim düşmən münasibətində olan və bu günümüzə qədər bu münasibətdə yaşayan xalqlar görmək çətindir. Xüsusilə, qonşu ərazilərdə yaşayan xalqlar arasında bu daha çox mümkünsüz görünür. Tarixin müxtəlif dönəmlərində düşmən olanlar sonradan dosta, müttəfiqə çevriliblər, hətta bir yerdə belə yaşayıblar, bir dövlətin tərkibində birləşənlərə də rast gəlməmişik deyilik.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də tez-tez bu məsələlərə toxunur. Sentyabrın 27-dən noyabrın 10-a qədər baş verən II Qarabağ savaşı getdiyi günlərdə və ondan sonrakı açıqlamalarında dövlət başçısı ermənilərə yönəlik bildirir ki, biz gec-tez dinc yaşamaq zorundayıq. Təbii ki, bu fikirləri hər zaman müharibə istəməyən, regionda sabitlik istəyən humanist bir dövlətin rəhbəri deyir və belə fikirlər gözləniləndir.

Doğrudur, Azərbaycanla Ermənistan arasında hələ ki, barışığın rüşeymləri belə görünmür. Amma artıq rəsmi Bakı Xankəndində hava uçuşlarına icazə verib. Bu da zaman-zaman müzakirələrə çevrilən bəzi məsələləri yenidən gündəmə gətirib. Bunlardan biri Azərbaycan və ərazilərimizə təcavüz etdiyi üçün Ermənistanla sərhədləri bağlayan qardaş Türkiyənin bu sərhədləri nə zaman açacağıdır. Bunun üçün rəsmi İrəvanın nə etməli olduğu barədə çoxsaylı suallar yaranıb. Eyni zamanda, düşmən Ermənistanın sərhədlərin açılması üçün qarşısına qoyulan haqlı tələbləri yerinə yetirəcəkmi sualı da meydana çıxıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev sərhədlərin açılmasını mümkünsüz hesab etmir:

“Əvvəla, deyim ki, əbədi düşmənçilik olmur doğrudur, amma erməniylə dostluq et, lakin çomağı əlindən yerə qoyma. Bunu unutmaq olmaz. Hər zaman kəsiyində ermənilər tərəfindən hər cür xəyanəti gözləmək mümkündür. Biz bunları onların səmimiyyətinə buraxsaq, düşünsək ki, nə vaxtsa ağıllanacaqlar, bu doğru olmaz. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin bu cür olmasının günahkarı elə onların özləridir. Əgər siyasətlərində dəyişiklik etsələr, əlbəttə, yeni vəziyyət yaranar. Azərbaycana qarşı torpaq iddiasından, utopik istəklərindən imtina etməlidirlər. Eyni zamanda, Türkiyəyə qarşı da olan əsassız iddialarından əl çəkməlidirlər. Biz Türkiyənin Ermənistanla sərhədlərini bizə görə bağladığını bilirik. Bundan çıxış edərək, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin, münasibətlər düzəlsin kimi mövqedən çıxış edə bilmərik. Qardaş ölkəyə qarşı olan münasibət də dəyişməlidir. Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Əgər Ermənistan bizə qarşı münasibətini dəyişərsə, münasibətlərin yoluna düşməsi mümkündür. Zatən biz heç kimə qarşı düşmən münasibətində olmamışıq. İndiki halda Ermənistanın silahlı dəstələrini ərazilərimizdən çıxarması çox vacibdir. Azərbaycanı unitar dövlət kimi tanıyıb, hörmət etməlidir. Eyni zamanda, Azərbaycana vurduğu maddi zərəri ödəməlidir. Bundan sonrakı davranışlarında bizə qarşı anormal münasibətləri olmayacaqsa, təbii ki, biz də bölgədə sabitlik olmasını çox istəyirik. Xankəndində aeroport açılıb, öz ərazimizdə bu reallaşıb. Orada gediş-gəlişə nəzarət, polis postları, gömrük məsələləri bizim olmalıdır. Yoxsa Ermənistan, yaxud Fransa və başqa yerlərdən bir terrorist gəlib burada istədiyini reallaşdıra bilmək təhlükəsində yaşayarıq. Qarabağda mülki idarəetmə bizdə olduqda belə şeylərin təhlükəsi olmaz. Hesab edirəm ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan tərəfindən əsassız iddialara son qoyularsa, hər iki qardaş ölkəyə hörmətlə yanaşılarsa, bizim onlarla problemimiz qalmaz. Belə olan şəraitdə həm sərhədlərin açılması mümkündür, həm də tədricən əlaqələrin yaranması. Təbii ki, ilkin əlaqələr ilk növbədə, Türkiyə ilə ola bilər. Bütün bunlar Azərbaycan və Türkiyənin ədalətli status-kvosuna hörmətdən keçir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Geri dön