Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Tunahan Kuzu: “Qarabağ münaqişəsinin uzanması Avropanın enerji siyasətinə mənfi təsir edə bilər”
Tunahan Kuzu: “Qarabağ münaqişəsinin uzanması Avropanın enerji siyasətinə mənfi təsir edə bilər” |
Hollandiya Parlamentinin deputatı Tunahan Kuzunun müsahibəsi.
- Tunahan bəy, Hollandiya-Azərbaycan əlaqələrinin hazırki inkişaf səviyyəsi haqda nə deyə bilərsiniz? - Hollandiya və Azərbaycan arasında əlaqələri yaxşı dəyərləndirirəm. Nazir səviyyəsində qarşılıqlı bir çox ziyarətlərin gerçəkləşməsi əlaqələrimizin inkişafına təkan verən amillərdən biri hesab edilməlidir. Azərbaycanda bir çox Hollandiya şirkətləri, xüsusilə neft və təbii qaz sahəsində aktiv fəaliyyət göstərməkdədir. Hollandiya-Azərbaycan arasında 1991-ci ildən bəri diplomatik əlaqələr qurulub. 2012-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Hollandiyaya səfəri baş tutub. Elə həmin ildə də Hollandiya ətraf mühit və şəhərsalma nazirinin və iqtisadiyyat nazirinin Bakıya səfərləri olub. Bu gün Hollandiyanın Bakıda və Azərbaycanın Den-Haqq şəhərlərində səfirlikləri fəaliyyət göstərir. Üstəlik, Azərbaycan və Hollandiya beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrini inkişaf etdirir. Azərbaycan 2012-2014-cü illərdə Birləşmiş Millətlər Cəmiyyətində Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərəcək. Xüsusilə, Azərbaycan iqtisadi sahədə böyük işlər həyata keçirir. İnsan haqları məsələsində Hollandiya ilə Azərbaycan arasında uğurlu diaoloq davam etməkdədir. - Parlamentdə Azərbaycanla əlaqələrin güclənməsi üçün hansı işləri görəcəksiniz? - Parlament seçkilərində təmsil olunduğum partiya 38 millət vəkili ilə təmsil olunur. Partiyanın təqdimatı ilə ixtisasıma uyğun olaraq səhiyyə, sosial xidmətlər sahəsində fəaliyyət göstərəcəm. Xüsusilə, Hollandiyada yaşayan azərbaycanlıları maraqlandıran məsələləri, hörmətli azərbaycanlı dostlarımızın vasitəsilə diqqətdə saxlamağa və onların problemlərinin yanında olmağa çalışacağam. - Qarabağ məsələsi ilə bağlı Hollandiyada hansı işləri görmək olar? - Hollandiya və Avropa Birliyi Qarabağ məsələsinin həll olunmamasına görə narahatçılıq keçirir. Münaqişənin həllinin uzanması bölgənin təhlükəsizliyinin pisləşməsinə, həmçinin Avropanın enerji siyasətinə mənfi təsir göstərə bilər. Hollandiya problemin sülh yolu ilə həll olunması siyasətini və ATƏT-in Minsk qrupunun apardığı səyləri dəstəkləyir. İnanıram ki, problem sülh yolu ilə öz həllini tapacaq. Çünki sülh potensialı hələ də tükənməyib və sülh bölgə üçün rifah, yeni inkişaf yolu aça bilər. - Sonda Sizdən Hollandiya-Azərbaycan icmasının vəziyyəti haqda fikirlərinizi eşitmək istərdik? - Onu qeyd etmək istərdim ki, Hollandiyada yaşayan bütün toplumlar artıq rahat şəkildə yaşamaqdadır. Təbii ki, öz tariximizi, milli dəyərlərimizi, adət-ənələrimizi heç bir zaman unutmayacağıq. Keçmişdə baş verən hadisələrə hörmətlə yanaşıb, sülhün bərqərar olmasını əlimizdən gəldiyi qədər dəstəkləyəcəyik. Fəqət, öz toplumumuzun rahatlığı üçün Hollandiyanın bir parçası olduğumuzu da nəzərə almağımız lazımdır və buna uyğun addım atmalıyıq. Elnur Eltürk Geri dön |