Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr edilmiş əsər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr edilmiş əsər

“Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr edilmiş əsər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli və şöbə müdiri Füzuli Qurbanovun həmmüəllifliyi ilə “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı elmi monoqrafiya çapdan çıxıb.

İnstitutdan bildirilib ki, tədqiqat əsəri ulu öndər Heydər Əliyevin məşhur “Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr olunub.

Dörd fəsildən ibarət əsərə “Ön söz”ü akademik İsa Həbibbəyli yazıb. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə monoqrafiyanın elmi redaktorudur.

Müəlliflər Ümummilli Liderin məşhur formulunun fəlsəfi təhlilinə müasir fənlərarası metodologiya prizmasından yanaşıblar. Problemin fəlsəfi aspektinə Azərbaycan dövlətçiliyinin təkamülü fonunda baxılıb. Kitabın məntiqi düzümü və irəli sürülən fikirlərin təkamül özəllikləri bu bağlılıqda ifadə edilib.

Nəşrin birinci fəslində “Bir millət – iki dövlət” formuluna fəlsəfi-metodoloji yanaşma əsaslandırılır. İkinci fəsildə həmin fikirlər inkişaf etdirilərək millət və millətçiliyin sistemyaradıcı parametrləri “Bir millət – iki dövlət” formulu bağlılığında müəyyənləşdirilir. Üçüncü fəsildə əldə edilən ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq Ulu Öndərin “Bir millət – iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrin fəlsəfəsi araşdırılır. Nəhayət, dördüncü fəsil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir millət – iki dövlət” formulunu böyük uğurla inkişaf etdirməsinin fəlsəfi-tarixi analizinə həsr olunub.

Geri dön