Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanın sədrliyi dövründə Türk Şurasının növbəti beynəlxalq təntənəsi - Şura ATƏT nazirlərinin “qonağı” oldu...
Azərbaycanın sədrliyi dövründə Türk Şurasının növbəti beynəlxalq təntənəsi - Şura ATƏT nazirlərinin “qonağı” oldu... |
Fərəc Quliyev: “Bunun Avropa İttifaqı dövlətlərinə xeyri olduğu kimi, türk dövlətlərinə də əhəmiyyətli dərəcədə xeyri olacaq”
Məlum olduğu kimi, ATƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilib. İclasa Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Parlament Assambleyası da (Türk Şurası) qonaq kimi dəvət olunub. Qeyd edək ki, iclasda ölkəmizi Xarici İşlər naziri Ceyhun Bayramov təmsil edib. ATƏT Nazirlər Şurasının son iclasına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qonaq kimi dəvət olunmasının əhəmiyyəti nədir? “...bu blokla əməkdaşlıq xətti götürürlər” Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu o deməkdir ki, dünya türk gücü və türk birliyi ilə hesablaşır: “Türkiyə həddindən artıq güclənib və Lavrovun sözləri ilə desək, Türkiyə təkcə regional deyil, artıq dünya gücünə çevrilib. İkincisi, artıq türk dövlətlərinin bir-birilə əlaqədə olması, bəzi məsələlərdə ortaq davranışları, bir az irəlidə də olsa, Turan ordusunun yaradılması, eləcə də bir çox ortaq qurumun təsis edilməsi böyük bir kəsimdə, coğrafi məkanda türk etnosunun söz sahibi olduğunu açıq şəkildə göstərdi, türkün gücü ilə hər kəs hesablaşdı. Üstəlik, türk etnosunun qurduğu dövlətlər, xüsusən də Azərbaycanla Türkiyə dünyanın qəlbi deyilən yerdə yerləşirlər. Bura çox əhəmiyyətli bir bölgədir və dünyanın böyük maraqları burada toqquşur. Artıq hər kəs bilir ki, dünyanın siyasi mərkəzi Orta Asiya, Yaxın Şərq və Şimali Asiya türk etnoslarının yerləşdikləri ərazidir. Türk etnoslarının yerləşdikləri ərazilərdə çox ciddi məsələlər baş verə bilər. Burada bir sıra ölkələr nüfuzunu qoruya, nüfuzu olmayanlar nüfuzunu bərpa edə bilər. Yeni münasibət qurmaq istəyənlər bu dövlətlərlə münasibətləri fərqli qurmalıdırlar. Açığı, artıq türk dövlətlərinin perspektivdə quracağı transkontenental bir blok Avropa İttifaqının özünə alternativ ola bilər. Bunu da Avropa İttifaqında anlayırlar və rəqib kimi bir qurumun yaranmasındansa, artıq bəri başdan cücərtiləri görünən bu blokla əməkdaşlıq xətti götürürlər. Hesab edirəm ki, əslində, bu əməkdaşlıq xətti doğru seçimdir və bunun Avropa İttifaqı dövlətlərinə xeyri olduğu kimi, türk dövlətlərinə də əhəmiyyətli dərəcədə xeyri olacaq. Belə ki, bununla bizə qarşı olan qərəzli münasibət qismən azalsın və təhlükəsizlik daha çox əməkdaşlıqla sığortalansın. Bu mənada xüsusən də Türkiyənin və Azərbaycanın son zamanlar güclənməsi ilə bağlıdır. Biz də istəyirik ki, bu proses inkişaf etsin və Türkiyə-Azərbaycan münasibətləri daha dərin ilişkilərlə möhkəmlənməlidir, eyni zamanda, digər türk dövlətləri də bura cəlb olunmalıdır”. F.Quliyev əlavə etdi ki, biz gücləndikdən sonra bizə münasibət dəyişir və biz bunu davam etdirməliyik. İradə SARIYEVA Geri dön |