Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı milli fəal "Əlirza Fərşi"nin İran parlamentinin sədrinə açıq məktubu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı milli fəal "Əlirza Fərşi"nin İran parlamentinin sədrinə açıq məktubu

Azərbaycanlı milli fəal "Əlirza Fərşi"nin İran parlamentinin sədrinə açıq məktubu


Böyük Tehran Həbsxanasında iki illik həbs cəzası çəkən azərbaycanlı milli fəal, məktubda özünün, digər azərbaycanlı siyasi fəalların və məhbusların bütün fəaliyyətlərinin mədəni və İran İslam Respublikasının qanunları çərçivəsində olduğunu yazıb.



Əlirza Fərşi, həbs və ona qarşı çıxarılan hökmləri qanunsuz adlandıraraq mühakimə və apellyasiya məhkəməsinin təhlükəsizlik işçilərinin əmri ilə uydurma işlərlə qurulduğunu qeyd edib.



İran həbsxanalarında koronovirusun yayılmasına baxmayaraq azərbaycanlı fəal hələdə tibbi məzuniyyətə göndərilməyib.



Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı ilə birlikdə 2013-cü ildə "Dünya Ana Dili Günü" mərasiminə qatıldıqları üçün həbs olunublar. Onlar "milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq" ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən hər biri iki il həbs cəzasına məhkum edilib.



21 iyul 2020-cu ildə, cənab Behnam Şeyxi, cənab Həmid Mənafi və cənab Əlirza Fərşiyə qarşı hökm çıxarılıb.



Əlireza Fərshi “Şərif Texnologiya Universiteti”ndə kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb və İran-İraq müharibəsi şəhidinin oğludur. Mədəni fəaliyyətlərinə, o cümlədən Azərbaycanın məhrum kəndlərində Azərbaycan-Türk kitabxanasının yaradılmasına və "Ana dilində tədris" kampaniyasına başlandığına görə bir neçə dəfə tutulub və həbs edilib.



Onun təhlükəsizlik orqanlarının təzyiqi və tapışırığı nəticəsində Universitetdə müəllim kimi fəaliyyətinədə Universitet rəhbərliyi tərəfindən qadağa qoyulub.

Geri dön