Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həkim: İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi həyatımda rast gəldiyim ən sarsıdıcı məqamlardan biri oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Həkim: İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi həyatımda rast gəldiyim ən sarsıdıcı məqamlardan biri oldu

Həkim: İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi həyatımda rast gəldiyim ən sarsıdıcı məqamlardan biri oldu


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əsasən ən çox travma alan əsgərlər müalicə alırdı. Xəstələrimiz ağız-üz-çənə, göz burun- boğaz və kəllə- beyin zədəsi almış xəstələrdən ibarət idi. Onların müalicəsi hərbi hospitalda başlandı və Tədris Cərrahiyyə Klinikasında isə davam etdirildi. Bu ümummilli işimizə bizim şöbənin kollektivi ilə yanaşı, burun-boğaz, neyrocərrahiyyə və ağız-üz-çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşuldu. Bu müddət ərzində mən 117 ağır xəstə üzərində gərgin əməlliyyatlar apardım. Burada xüsusilə haqqı olan bir neçə həkimim adlarını çəkmək istəyirəm. Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə-gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, əməlyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhdəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğı göstərə bildik.

Bunu klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.

Klinikanın şöbə müdiri qarşılaşdığı bir sıra maraqlı və yaddaqalan faciəvi anlardan da bəhs edib: “İki gözünü itirmiş bir əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi və digərinin isə "həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi?" deməsi həyatımda rast gəldiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri oldu. Başqa bir ağır yaralı əsgərin "canım, qanım torpağıma və Azərbaycanıma qurbandır" söyləməsinin məni nə qədər qürürlandırdığını heç bir sözlə ifadə edə bilmirəm. Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!".

Geri dön