Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Göyçayda karantin qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb
Göyçayda karantin qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb |
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Göyçay Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Xası Sabirşad oğlunun COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 7-də yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması üçün Göyçay Rayon Polis Şöbəsinə göndərilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Geri dön |