Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Manukyanın hakimiyyətə gəlişi Ermənistanın əsassız ərazi iddialarına yenidən rəvac verə bilər - hakimiyyət dəyişikliyi mümkünmü?
Manukyanın hakimiyyətə gəlişi Ermənistanın əsassız ərazi iddialarına yenidən rəvac verə bilər - hakimiyyət dəyişikliyi mümkünmü? |
Fərəc Quliyev: “Manukyanın bu iddiası baş tutmayacaq”
Məlum olduğu kimi, Ermənistanın 17 siyasi partiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onlar bu posta vahid namizəd kimi 74 yaşlı Vazgen Manukyanın namizədliyini irəli sürüblər. Ermənistanın keçmiş müdafiə naziri və İctimai Şura sədri olan Manukyan ölkə siyasətinin ən yaşlı simalarından biri sayılır. Vazgen Manukyan Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən hesab olunur. O, “Qarabağ” komitəsinin üzvü olub. 1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistan hökumətinə başçılıq edib. 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edib. Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib. 1990-cı illərin əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradıb. 1995-2007-ci illərdə dəfələrlə ölkə parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan İrəvanda aksiyalar keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub yaradıb. Vazgen Manukyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edən siyasətçilərdən biri olub. O, Qarabağ döyüşləri davam edən zaman baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı. Qatı müharibə tərəfdarı olan bu şəxsin Ermənistanda hakimiyyətə gəlməsi mümkündürmü və bu baş versə Ermənistan yenidən işğalçı siyasətə qayıtmağa cəhd göstərə bilərmi? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı proseslərin gedişi xəstə cəmiyyətin hərəkətlərini xatırladır: “Siz Manukyanın son çıxışlarına fikir versəniz, oradan nə demək istədiyi, hansı yolu tutduğu aydın olur. Adam deyir ki, biz hakimiyyətə gələriksə, Türkiyəyə qarşı ittifaq yaradıb cəbhə açacağıq. Ortada heç nə olmadığı halda Manukyan savaş istəyir, Türkiyəyə meydan oxuyur. Erməni cəmiyyəti həm qorxaq, həm də cəzalanmış cəmiyyətdir. Onlar bu gün müharibə istəmirlər. Hələ onların Qarabağda öldürülən minlərlə meyitləri özlərinə qaytarılmayıb. Ermənistanda Qarabağla bağlı ciddi xəyal qırıqlığı var. Onlar qəbul edirlər ki, nə Qarabağı ala bilərlər, nə də Türkiyə və Azərbaycanla düşmənçiliyin perspektivi ola bilər. Manukyan jest edib, Qərbə özünü göstərmək istəyir. Əslində Paşinyanın əlindən kartını almaq istəyir. Çünki Paşinyan qərbmeyilli siyasətçi kimi tanınır və onlar tərəfindən müdafiə edilir. Bu mesajı verməklə Manukyan demək istəyir ki, missiyanı Paşinyandan daha yaxşı həyata keçirə bilər. Bu gün Ağ dənizdə 5 ölkə Türkiyəyə qarşı ittifaq yaradıb. Bu da 100 il əvvəl olduğu kimi buradan ikinci cəbhəni açmaq istəyir. Türkiyə ilə Rusiya hazırda birlikdə mübarizə aparır. Buna görə də Manukyan Rusiyanın dəstəyindən məhrum olacaq. Putin tərəfindən Paşinyana yumşaq rəftar var, hətta onun qorunmasına çağırış da edildi. Manukyanın bu iddiası baş tutmayacaq. Həm də ona görə ki, Ermənistan cəmiyyəti savaş istəmir. Son dərs onları bərk qorxudub. 30-40 min adamın istefa səsləndirməsi məsələni həll edə bilməz. Paşinyan özünə tabe olmayan bütün polisləri Qarabağa göndərib, orada məhv etdirib. Sabah Ermənistanda yüngülvari toqquşma olsa, qalib Paşinyan olacaq”. Müsahibimiz Manukyanın hakimiyyətə gəlmək şansının sıfıra bərabər olduğunu bildirdi. Məhəmmədəli QƏRBİLİ Geri dön |