Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Lisaninin tənəffüs sistemi zədələnib-həkimlər onun təcili xəstəxanaya köçürülməsini tövsiyə edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisaninin tənəffüs sistemi zədələnib-həkimlər onun təcili xəstəxanaya köçürülməsini tövsiyə edirlər

Abbas Lisaninin tənəffüs sistemi zədələnib-həkimlər onun təcili xəstəxanaya köçürülməsini tövsiyə edirlər


Tanınmış türk siyasi məhbus Abbas Lisaninin həbsxana yoldaşı Yousif Kari, bu gün 7 dekabr tarixində anışları ilə telefon danışığı zamanı bildirib ki, cənab Lisani dünən gecə və bu gün səhər kəskin ağciyər problemləri, öskürək, nəfəs çatımazlığı, yüksək qızdırma, şiddətli əzələ ağrııları olduğu üçün Ərdəbil həbsxanasının tibb mərkəzində müayinə edilib.



Həkimlər ona yalnız şərbət, bromeksin, asetaminofen həbləri və tənəffüs spreyi veriblər. Onlar (həkimlər), hesabatlarında A.Lisaninin vəziyyətinin ciddiliyini nəzərə alaraq həbsxanadan kənar xəstəxanaya göndərilməsi ilə bağlı müvafiq orqanlara qəti rəy göndərdiklərini bildirblər.



Səhiyyə işçiləri deyiblər ki, həbsxananın tibb müəssisəsii Abbas Lisaninin vəziyyətinin pisləşməsinin qarşısını ala bilmədikləri üçün məsuliyyət daşımaq istəmirlər. Onlar ümid edirlər ki, rəsmilər durumun ağır olduğunu nəzərə alaraq, onun ciddi müalicəsi üçün xəstəxanaya köçürülməsi haqqında daha tez qərar qəbul edəcəklər.



Bir həftə əvvəl, Yousif Kari, ailəsi ilə telefon danışığı zamanı Ərdəbil həbsxanasının səhiyyə işçilərinin dilindən bildirmişdi ki, yeddinci bölmədə (Cənab Abbas Lisani ilə birlikdə olduğu bölmə), həbsxananın dördüncü və beşinci böləmələrində koronovirus simptomları müşahidə olunan və infeksiyaya yoluxmaqda şübhəli bilinən məhkumlar tibbi məzuniyyətə buraxılıb.



Ancaq özünün və Abbas Lisaninin ağır vəziyyətinə baxmayaraq, həbsxana rəhbərliyi onları bu hüquqdan məhrum edib. Həbsxana rəhbərliyi onlara bu hüququn tanınması üçün şəhər prokurorunun bir başa göstərişinin olmasını bildirib.



İki gün sonra, Ərdəbil həbsxanasının 2-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbuslar, Əli və Rza Vasiqi qardaşları, saxlanıldıqları bölmədə koronovirusun yayılma səviyyəsinin təhlükəli “qırmızı” olduğunu bildirmişdilər. Onlar virusa yoluxmadan tibbi məzuniyyətə buraxılmalarını tələb etmişdilər.



Bununla birlikdə, Əli Vasiqi ailəsi ilə son telefon danışığında temperaturunun 39 dərəcəyə yüksəldiyini, qızdırma və ağrılarının olduğu üçün fiziki vəziyyətinin pisləşdiyini söyləmişdi.



Ərdəbil təhlükəsizlik və məhkəmə orqanlarının türk siyasi və milli-mədəni məhbuslara ciddi sağlıq təhlükəsi ilə qarşılaşmalarına rəğmən tibbi məzuniyyət verməkdən imtina etmələri başa düşülən deyil.



Eyni halda, Abbas Lisaninin ailə üzvləri ilə telefon danışığı və görüşünə uyğulanan qadağanın davam etməsi onun üzləşdiyi əlavə problemlərdən biri olaraq qalmaqdadır.

Geri dön