Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisani ilə bağlı BMT və hüquq müdafiə cəmiyyətlərinə şikayət məktubu göndərilib
Abbas Lisani ilə bağlı BMT və hüquq müdafiə cəmiyyətlərinə şikayət məktubu göndərilib |
Azərbaycan İnsan Haqları Cəmiyyəti (ƏRK), Ərdəbil həbsxanasında koronovirus böhranı, Abbas Lisani və həbsxanadakı başqa məhbusların kritik vəziyyəti ilə bağlı İngilis dilində hazırladığı şikayətini “Birləşmiş Millətlər Təşkilatı” və professor “Cavid Rəhman”da daxil olmaqla beynəlxalq birliyə göndərdi.
Azərbaycan İnsan Haqları Cəmiyyəti (ƏRK) insan haqları cəmiyyətlərinə göndərdiyi şikayətdə, Ərdəbil həbsxanasında korono böhranından, Abbas Lisaninin acınacaqlı sağlıq durumundan, İran hökumətinin bu tanınmış azərbaycanlı fəalla qarşı ədalətsizliyindən və müalicəsinə şərayit yaratmamasından narahat olduqlarını bildirib. Şikayətin mətnində, Abbas Lisaninin durumu, onun və başqa azərbaycanlı fəalların coronovirusa yoluxması və Ərdəbil həbsxanasının ağır şərayitindən bəhs olunur. Koronovirusun cənab Lisani'nin tənəffüs sistemini zədələyib və sağlamlıq durumu ağırdır. O, təcili şəkildə həkim nəzarətinə alınmalı və müalicə olunmalıdır. Məhkəmədə saxta ittihamlarla həbs olunan tanınmış Güney Azərbaycan fəalı Abbas Lisani, Ərdəbil həbsxanasında saxlanılır. Ailəsi ilə görüşmək və telefonla danışması qadağandır. Milli-mədəni fəal, Güney Azərbaycanın hüquq müdafiəçisi A.Lisaninin həyatı ciddi təhlükə altındadır. Geri dön |