Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə naziri: Türkiyəyə koronovirus peyvəndi hissə-hissə gətiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Səhiyyə naziri: Türkiyəyə koronovirus peyvəndi hissə-hissə gətiriləcək

Səhiyyə naziri: Türkiyəyə koronovirus peyvəndi hissə-hissə gətiriləcək


Yeni növ koronavirus (COVID-19) infeksiyasının hazırda Türkiyədə yayılması aprel ayı ilə müqayisədə gündəlik sayda 5 dəfə, ölümdə isə 55 faiz çoxdur. Ölkə üzrə tətbiq olunan gündəlik (səkkiz saat) və həftəsonu (56 saatlıq) “evdə qalmaq” rejiminin nəticələri qarşıdakı həftənin göstəricilərində özünün göstərəcək.

Bu məlumatı səhiyyə naziri Fahrettin Koca Türkiyənin koronavirus üzrə elmi şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında verib.

Peyvəndləmə sahəsində görülən işlərlə bağlı geniş məlumat verən nazir bildirib ki, sifariş edilən 50 milyon peyvəndin hissə-hissə qarşıdakı 3-4 gündən başlayaraq Türkiyəyə gətirilməsi həyata keçiriləcək. Peyvənd hər şəxsə 14-21 gün fasilə ilə iki doza vurulacaq. Peyvənd pulsuz olacaq və ilk olaraq səhiyyə sahəsində çalışanlara tətbiq ediləcək. Hələlik peyvənd vurdurmaqda məcburiyyət yoxdur.

Qeyd edək ki, dekabrın 9-da Türkiyə üzrə 204 min 411 nəfər testdən keçirilib. Onlardan 31 min 712 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 213 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 217 nəfər ölüb, 5 min 846 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 558 min 517 nəfər infeksiyaya yoluxub, 15 min 531 nəfər ölüb. Hazırda 5 min 901 xəstə infeksiya səbəbindən reanimasiyadır.

Geri dön