Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərin təcavüzkar əməlləri iranlı tədqiqatçının elmi-tədqiqat əsərində öz əksini tapıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ermənilərin təcavüzkar əməlləri iranlı tədqiqatçının elmi-tədqiqat əsərində öz əksini tapıb

Ermənilərin təcavüzkar əməlləri iranlı tədqiqatçının elmi-tədqiqat əsərində öz əksini tapıb


Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməklə əslində beynəlxalq humanizm qaydalarına qarşı çıxır.
İranlı tədqiqatçı Kamal Muradi yazdığı “Mədəniyyətlər və milli-etnik xüsusiyyətlər” elmi-tədqiqat əsərində (Muradi Kamal. Mədəniyyətlər və milli-etnik xüsusiyyətlər, Tehran: Pelk nəşriyyatı, 2012, 146 s. ) təcavüzkar Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindəki məscid və digər maddi mədəniyyət nümunələrinə qarşı soyqırımı törətməkdə ittiham edib. Əsərdə istifadə olunmuş fakt Azərbaycan Dövlət Teleqraf Agentliyinin internet səhifəsindən götürülən (“Ermənilərin Şuşa və Ağdam məscidlərini təhqir etdiklərini təsdiq edən orijinal fotoları böyük Ayətullah Lütfullah Safi Qolpayeqaniyə təqdim edilib” http://www.azertag.com/newsarchive?mod=1&date=2010-12-10&id=9379&partiti...) mənbə əsasında kitabın 9-cu səhifəsində yerləşdirilib.
Müəllif yazır ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməklə əslində beynəlxalq humanizm qaydalarına qarşı çıxır. Ağdam və Şuşa şəhərlərindəki məscidlərdən tövlə kimi istifadə olunması, ziyarətgah, qəbiristanlıq və pirlərin dağıdılması faktları Azərbaycanın qədim maddi mədəniyyət nümunələrinə qarşı soyqırımıdır. Bu vandalizm aktları törədənlər tarix və bəşəriyyət qarşısında məsuliyyət daşıyırlar.

Geri dön