Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilin keçmiş deputatı Dr. Nurəddin Pirmüəzzin siyasi məhbuslar haqqında beynəlxalq təşkilata məlumat verib
Ərdəbilin keçmiş deputatı Dr. Nurəddin Pirmüəzzin siyasi məhbuslar haqqında beynəlxalq təşkilata məlumat verib |
Ərdəbilin keçmiş nümayəndəsi və Ərdəbil Tibb Elmləri Universitetinin keçmiş prezidenti Dr.Nurəddin Pirmüəzzin, instaqram hesabında bir yazı paylaşaraq, Ərdəbil, Təbriz, Zəncan və Urmu həbsxanalarından şok xəbərlərin yayıldığını ardınca bu haqda dünya Səhiyyə Təşkilatına məlumat verdiyini bildirib.
Pirmüəzzin, "hər hansı bir qapalı yerdə toplanmaq virusun yayılmasını sürətləndirəcək və bu vaxt xəstəxanalar, qocalar evi və həbsxanalar ən təhlükəli bölgələr olaacaq. Dövlətlər bu haqda bildirilən öhdəlikləri yerinə yetirməyə borcludurlar. Təəssüf ki, İran həbsxanaları, xüsusən də aztəminatlı əyalətlər Covid-19 xəstələri ilə doludur. Nə yazıq ki, mollalar bütün bu fəlakətləri gizlətməyə çalışır və məhbusların, özəlliklə siyasi məhbusların ölməsinə və öldürülməsinə şərayit yaradırlar!" İslami Şura Məclisinin altıncı dövrü Ərdəbildən seçilən nümayəndə artırıb: "Aldığım bilgiləərə görə, ərdəbilli həmvətənlərim də Ərdəbil həbsxanasındakı Covid-19-un kəskin simptomlarından əziyyət çəkirlər. Xüsusilə cənab Lisani və cənab Vasiqinin ümumi vəziyyətləri yaxşı deyil. Onların xəstəxanaya göndərilməsinin qarşısı alınır. Həbsxanadakı bu əzizlərin başına hər hansı bir acı hadisə gəlsə, Ərdəbil əyalətinin bütün səlahiyyətliləri, xüsusən də, vali, imam cümə və məhkəmə məmurları cavab verməli olacaqlar. "ABŞ və Avropada qeyri-siyasi məhbusların demək olar ki hamısı sərbəst buraxıləb (siyasi məhbus olmadığı üçün). Bizim əzizlərimizində ən qısa zamanda zalim və cahillərin buxovundan azad edilmələrini, Covid-19 qasırğasının sona çatmasını ümid edirəm." Geri dön |