Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Heç kəsin qələbəmizə kölgə salmağa gücü yetməz”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Heç kəsin qələbəmizə kölgə salmağa gücü yetməz”

Fərəc Quliyev: “Heç kəsin qələbəmizə kölgə salmağa gücü yetməz”


10 noyabr bəyanatından sonra müəyyən bir qrup “Qarabağ ruslara təslim edildi” kimi iddialar səsləndirməkdən çəkinmirlər.
Bu tezislə üçtərəfli anlaşma əsasında Qarabağ ərazilərinə gələn rus sülhməramlılarını əllərində bayraq edərək, ölkə iqtidarını ən sərt şəkildə tənqid atəşinə tuturdular. Dekabrın 10-da Bakıda keçiriləcək Qələbə Paradımızda iştirak etmək üçün qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlməsi, parad öncəsi türk hərbçilərinin paytaxtın mərkəzində parada hazırlıq üçün məşq keçmələri, qardaş ölkənin hərbi texnikasının nümayiş etdirilməsi fonunda yenə də belə iddialar səsləndiriləcəkmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev qələbəmizə kölgə salmağa heç bir qüvvənin gücünün olmadığını qeyd etdi:

“Dekabrın 10-da keçiriləcək parad Zəfər Paradıdır. Bu millətimizin haqqıdır. Ordumuz çox möhtəşəm bir qələbə qazanıb. Kimsə buna kölgə sala bilməz. 44 gün ərzində işğal altındakı ərazilərimizin hamısı düşməndən təmizləndi. İndi üç rayonun heç bir şəhid verilmədən qaytarılmasından çox söhbət açılır. Unutmayaq ki, bu əvvəlki uğurların nəticəsində mümkün oldu. Bu nəticə olmasaydı, üç rayonu qaytarmazdılar. Torpaqlarımızın qaytarılması biləyimizin gücü hesabınadır. Millət olaraq bir yerdə olduq, fədakarlıq göstərdik. Heç kəsin qələbəmizə kölgə salmağa gücü yetməz. Paradda Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi onun haqqıdır. Bütün proses boyu biz ciddi şəkildə qardaş ölkənin dəstəyini gördük. Diplomatik istiqamətlərdə az qala sayın Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlrə naziri kimi çalışdı. Hulusi Akar bütün mənalarda Azərbaycanın yanında olduğunu bəyan etdi. Bütün bunlar da cənab Ərdoğanın göstərişi ilə sərgilənən davranış idi. Bu gün qardaş ölkənin Azərbaycanda olması bizə verdiyi dəstəyin bəhrəsidir. Qələbələrimizdə onların böyük payı var və bunun üçün onlara təşəkkür edirəm. Türk ordusunun əzəmətli keçidi, texnikaların nümayişi düşmənlərə gözdağıdır. Türkiyə artıq sözünü hər yerdə deyir. Onun gücü dünya gücüdür. Kimlərsə rus hərbçilərinin sülhməramlı qismində Azərbaycanda olmasına müxtəlif münasibətlər bəsləyə bilər. Bizim də münasibətimiz olub. Heç kim rus hərbçiləri zorla bura dəvət etməyib. Yaranmış situasiya səbəbindən onlar burdadırlar. Sülhməramlı qismində fəaliyyətlərini nəzarətdə saxlayıb, günlərin birində bu qonaqları yola salaq. Özünü siyasətçi sayan, Azərbaycanın maraqlarında özlərini məsuliyyətli sayanlar buna uyğun davranış nümayiş etdirməlidirlər. Hər şey xeyrimizə inkişaf edir. Türk hərbçiləri ruslarla brlikdə məsələlərə nəzarət edəcəklər. Burada qorxulu bir şey yoxdur. Müharibə hansı formada bitirsə bitsin, sonunda onsuzda sülh sazişi hazırlanmalı idi. Əldə olunan protokol atəşkəs protokoludur. Bizim şərtlər o protokolda göstərilib. Siyasi və diplomatik sahələrdə çox qızğın savaş gedir. Bu məsələdə kimsə ölkəmizə xidmət edə, Ali Baş Komandana dəstək verə bilmirsə, mane olmasın, kənarda dayansın. Nə qədər çətin görünsə də, biz bu mərhələni də uğurla keçəcəyik. Heç kim bu məsələlərdən xal qazanmağa çalışmasın. Hər gün xeyrimizə işləyən məsələlər baş verir. Rusiya prezidenti Vladimir Putinin dəfələrlə Azərbaycanın öz ərazilərində savaş apardığını dilə gətirməsi də bizim üçün çox mühüm məsələdir. Uyğun, normal davranışlar sərgiləmək lazımdır. Əlbəttə basqılar olacaq, bunun qarşısında sadəcə dayanmaq lazımdır. Kimsə Azərbaycan prezidentini nədəsə tənqid edə bilməz. Dövlət başçısı 44 gün ərzində xalqımızın iradəsini tam şəkildə ifadə etdi. Qətiyyətli, ağıllı diplomatik gedişlərlə, eyni zamanda, gələcəyə hesablanmış addımlarla maksimum mümkün olan nəticələr əldə olunub. Bu məsələlərə kimsə openentlik etmək istəyirsə, alternativini ortaya qoysun. Qoya bilmirsə, yersiz fikirlər bildirməyə ehtiyac yoxdur”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”

Geri dön