Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Özbəkistan portalı Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa haqqında məqalə yayımlayıb
Özbəkistan portalı Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa haqqında məqalə yayımlayıb |
Özbəkistanın “ishonch.uz” portalı səhifəsində rus dilində “Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir” sərlövhəli məqalə yerləşdirib.
Yazıda bildirilir ki, Şuşa Azərbaycan milli musiqisinin və poeziyasının beşiyi, qədim tarixi abidədir. Şuşa qalası müdafiə məqsədilə yaradılıb. 1747-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan öz xanlığını yadellilərin hücumlarından qorumaq məqsədilə 1752-ci ildə Şuşa qalasının tikilməsinə göstəriş verir. O dövrdə “Pənahabadi” adlı gümüş sikkə də döyülür. Bildirilir ki, Qarabağın ikinci xanı İbrahimxəlil xanın hökmdarlığı dövründə qala möhkəm mühafizə divarları ilə əhatə edilib. Qaladakı dəmirçi və silah emalatxanalarında müxtəlif məişət əşyaları və silahlar hazırlanırdı. Şuşanın gerbində Odlar Yurdunu təcəssüm etdirən alov dilləri, güc rəmzi olan pələng və Qarabağ atı təsvir edilib. Qeyd olunur ki, Şuşada 17 məhəllə var və bu qədim şəhərdə azərbaycanlılar yaşayıb. Hər məhəllədə məscid, hamam və bulaq olub. Bildirilir ki, 1823-cü ildə Şuşa Qarabağ xanlığının mərkəzinə çevrilib. Şuşa “Qafqazın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” də adlandırılıb. Vurğulanır ki, noyabrın 8-i Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün Azərbaycan Şuşanı erməni işğalından qaytararaq tarixi qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib. Geri dön |