Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəziləri namərdcəsinə ictimaiyyəti hökumətə qarşı təhrik etməyə çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Bəziləri namərdcəsinə ictimaiyyəti hökumətə qarşı təhrik etməyə çalışır

Bəziləri namərdcəsinə ictimaiyyəti hökumətə qarşı təhrik etməyə çalışır


İran prezidenti Mahmud Əhmədinejad noyabrın 18-də 100-ə yaxın deputatla görüşərək hökumətə qarşı təbliğatdan gileylənib.

Əhmədinejad deyib ki, bəziləri ölkə ictimaiyyətini hökumətlə üz-üzə qoymağa çalışır: “Parlamentsiz hökumətin, hökumətsiz də parlamentin mənası yoxdur. Hökumət həmişə özünü deputatların dostu və parlamentin qolu sayır. Bu gün bəziləri namərdcəsinə yalan məlumatlar yaymaqla ictimaiyyəti hökumətə qarşı yönəltməyə, təhrik etməyə çalışır. Lakin şübhəsiz ki, onların bu hərəkətlərinin nəticəsi olmayacaq. Hökumətlə parlament əl-ələ verərək düşmənlərin bu təzyiq və maneələrini dəf edəcək”.

İran parlamentinin deputatı, Xamneyi tərəfdarları fraksiyasının üzvü Kəmaləddin Pirmüəzzin jurnalistlərə açıqlamasında Əhmədinejadın deputatlarla görüşünə belə münasibət bildirib: “Prezidentin deputatlarla görüşü onun parlament üzrə müavininin təşəbbüsü ilə keçirilib. Lakin bizim fraksiyaya üzv deputatlar əvvəlcədən bu görüşə qatılmamaq haqda qərar qəbul etmişdi. Fraksiya üzvləri güman edir ki, Əhmədinejad deputatlarla bu kimi görüşlər keçirərək onları prezidenti sorğu-suala tutmaqdan çəkindirməyə, parlamentin gücünü və səlahiyyətlərini sual altına almağa çalışır”.

Noyabrın 4-də parlamentə prezidentin dindirilməsi ilə bağlı layihə təqdim edilib. Layihəni 77 deputat imzalayıb. Onlar Əhmədinejadın valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallara cavab verməsini istəyirlər.

Geri dön